Fəlsəfi Düşüncə
“Evlənəcək oğlanlara tövsiyyəm var. Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın”. Onun sözlərinə görə, qız əgər onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ona yad bir kişiyə hörmət və qayğı bəsləsin: “Desəniz ki, niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdən gedir, valideyn də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da atasından da. Qızların beyinlərini isə “valideyinlərin sənə uşaqlıqda travma yaşadıblar” deyən şarlatan - 2 həftəlik sertifikatlı psixoloqlar pozur, poza bilir. Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın”. Professor qızlara da tövsiyə verib: “Bilirik ki, xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba avara tiplərdir, cibində pulu olsa, ondan yaxşısı ümumiyyətlə yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər. Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başıaşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir”. Hüquq üzrə Fəlsəfə Doktoru və Professor Fərhad Mehdiyev
Felsefe-Düşünce
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir."
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Sual verirlər ki, "Kişilər niyə ailə qurmaq istəmir?" Düzdü hələ gəncəm, əsgərəm 37 gün sonra tərxis olacam. Bu günə kimi mülki həyatımda bir neçə münasibətim olub. Sonuncu dəfə alınacağına inanmışdım, məni gözləsə onunla ailə quracağıma söz vermişdim, amma o bunu bacarmadı, mənim də artıq qadınlara inamım qalmayıb. Bu dəqiqə sosial mediada qadınlar o qədər fərqli şeylər görüb, beyinləri düşüncələri yuyulub ki, artıq çox rahatlıq istəyirlər. Hərşeyə tez nail olsunlar, çox pula sahib olsunlar. Öz atalarının çox gec yaşlarında əldə etdiyi şeyləri gənc bir oğlandan istəyirlər, eyni zamanda qarşılığında verəcəkləri çox da böyük şeylər yoxdur. Nə sədaqət, nə güvən, məgər evlillik yataqdan ibarətdir? Mən özünü sosial mediada reklam edən, seksi pozlar verib özünü imkanlı "papa uşaqlarına" göstərən, bu sistemin bir parçası olan qadınla necə ailə qurum? Mən də mənə sadiq olan, anam kimi heçnəyi olmadığı zaman atamın yanında olub, onunla birlikdə dırnağı ilə qazıyaraq qazanan qadın olsaydı evlənərdim. Bundan sonra bakirəlik bərpa edən həkimlərin komentində dolub daşan "qızları" görəndən sonra heç evlənəcəyimə də inanmıram..
Ruhun Səyahəti Maykl Nyutonun Teoriyası
Maykl Nyuton dərin hipnozda olan 7000 xəstənin ifadələrini qeyd etmək üçün 30 il sərf etdi. Onların hekayələri hər detalda ardıcıl idi: Ruh təsadüfən həyata düşmür. 1. Siz burada təsadüfən deyilsiniz. Bu qeydlərə görə, ruh həyata uçuruma düşmüş kimi düşmür. O, seçim edir. Bədən, ailə, əsas "ağrı nöqtələri". Çətin uşaqlıq, xəyanət və ya xəstəlik lənət və ya qəza deyil. Bunlar doğuşdan əvvəl şəxsən imzaladığınız bir müqavilədir. 2. Yazışma Prinsipi. Minlərlə hekayə arasında Nyuton bir fenomen müəyyən etdi: cəhənnəmdən keçən insanlar eyni şeyi transda deyərdilər: "Bilirdim ki, çətin olacaq. Bunu böyümək üçün seçdim." Bu, əsas terapevtik sirrdir: ruh heç vaxt həll edə bilmədiyi bir işi öz üzərinə götürmür. Əgər sizə bir çətinlik verilirsə, bu o deməkdir ki, artıq onu dəf etmək üçün daxilinizdə kifayət qədər imkanlar var. Siz adətən düşündüyünüzdən daha güclüsünüz. 3. Baxışınızı dəyişdirmək. "Ruhların Səyahəti" kitabı 40 dilə tərcümə olunub və milyonlarla insanın həyatını dəyişdirib. İstər inanın, istər inanmayın, özünüz üçün yalnız bir sualı dəyişdirməyə çalışın: "Niyə mən?" əvəzinə, "Niyə bunu seçdim?" deyə soruşun. Diqqətin bu sadə dəyişməsi sizi şəraitin qurbanından, taleyinizin Müəllifinə çevirir. Çətinliklər artıq maneə olmaqdan çıxır və pilləkən daşına çevrilir. Həyatınız səhvlər seriyası deyil. Bu, sadəcə unutduğunuz böyük bir plandır. Amma xatırlamaq mümkündür.
Felsefe
Kənardan baxanda hər şey o qədər aydındır ki: Nəhəng bir çarx, heç dayanmadan fırlanır. Hamı bir qaçhaqaç içindədir; nəsə qazanmaq, uğur əldə etmək, sistemə özünü sübut etmək üçün dəlicəsinə yarışır. Halbuki bu böyük illüziyanın kənarına çıxıb uzaqdan baxanda görürsən ki, həyatın sonunda əldə qalacaq yeganə şey böyük bir heçlikdir. Əldə etdiklərimizin də əslində kürəyimizdə daşıdığımız boş yüklərdən ibarət olduğunu fərq etmək insanı iflic edir. Ya bu insanların kor-koranə bağlandıqları gizli bir yaşama həvəsləri (hansı ki, düşünəndə onlar da boşdur) var, ya da heç bir şeyin fərqində olmayan, nəsə anladığını zənn edən böyük bir axmaq sürüsü. İşin ən iyrənc, ən can yandıran tərəfi də elə budur: Hər şeyin fərqində olub, bu bərbad həyatda nə edəcəyini bilməmək. Böyük bir korlar ölkəsində tək görən göz olmaq kimi bir cəzadır bu. Digərləri kimi kor-koranə qaça bilmirsən, amma bu sistemin içindən necə çıxacağını da bilmirsən. Cəmiyyətin qarşımıza qoyduğu və insanların həyata tutunduğu o hazır paketlər; ailə, maddi azadlıq, sevdiklərin ya da rahat bir yaşam... Hamısı mənasını itiribsə, o insan nə etməlidir? Beyində bəşəriyyətin belə cavabını tapa bilmədiyi suallar… Birinə bu dərdi danışmaq ayrı çətin, danışmağı bacarsan belə qarşındakının səni əsla anlamaması ayrı çətin. Əgər hazırda yaşamağa davam edirəmsə, bu, sadəcə hekayənin sonunu maraq etdiyimdəndir.
İşgaci İsr,ail askeri, insanlara namaz kıldıran Filistinli bir adamı darbetmeye ve gözaltına almaya çalıştı; ancak çekim yapan bir kamerayı fark edince bundan vazgeçti. Bu yüzden diyoruz ki: Onları ifşa etmek ve işledikleri suçları yaymak son derece önemlidir.” Paylaşın, Duyurun (Bu Basit Bir Olay Değil Çünkü Ilk Günkü Kadar Tepkiselligimiz Kalmamış)
Filistin