"Ailə qurmazdan əvvəl mən bir oğlanı sevirdim, amma o oğlan varlı olmadığı üçün ailəm onu qəbul etmədi. Bir müddət keçəndən sonra mən zəngin bir kişi ilə ailə qurdum. Valideynlərimin sözünə itaət edib ona ərə getmişdim. Qızların çoxu belə edir."
“-Bəzən çox yaxın insanlar da,dostlar da,hətta ailə üzvləri də bir-birini anlaya bilmir. İnsanıq. Əsəbi oluruq,bədbin oluruq,həyatda nəsə istədiyimiz kimi getməyəndə qaralar bağlayırıq. Bütün dünyadan zəhləmiz gedir,”bütün dünya bizə qarşıdı” düşünürük. Bilirsən,məsələ,əslində,bizdədi,dünyada yox… O qədər özümüzə qapılırıq,o qədər düşünüb hər məsələni çürüdürük ki,nəticədə mətləbdən və həqiqətlərdən tamam uzaqlaşırıq. Bataqlıq kimi düşün…Çıxmaq istədikcə daha da batırsan. Elə anlarda insana vaxt lazımdı. Tək qalmağa,düşünməyə,götür-qoy eləməyə…Bəzənsə,sadəcə,darıxmağa…Əlində olan bir nemətin dəyərini bilmək üçün ondan uzaqlaşmaq lazımdı. Darıxdığın hər dəqiqə,hətta saniyə də dəyərini sənin gözünün önünə qoyur. Anlayırsan?”
Dur (Stop)
Nefes Al (Breathe)
Dikkat Et (Notice)
Düşün (Reflect)
Tepki Ver (Respond)
Sibirya Kuzey Demiryolu (SiBerian North Rail Road.)
Kızgınlığın ateşini soğutmak için en uygun yerlerden biri de Sibirya’dır
Sən çox bütöv adamsan. Bu, sənin həm məziyyətindir, həm də nöqsanın. Sən özün bütöv bir xaraktersən və istəyirsən ki, bütün həyat da bütöv hadisələrdən ibarət olsun, amma belə olmur. Sən ictimai və xidməti fəaliyyətə nifrət edirsən, çünki istəyirsən ki, iş həmişə məqsədə uyğun gəlsin, amma belə olmur. Sən həmçinin istəyirsən ki, bir adamın fəaliyyəti daim məqsədli olsun, məhəbbət və ailə həyatı həmişə vahid olsun. Amma həqiqətdə belə şey yoxdur. Həyatın bütün müxtəlifliyi, bütün cazibədarlığı, bütün gözəlliyi kölgə və işıqdan ibarətdir.