Hasan Almammadov

Hasan Almammadov
@HasanAlmammadov
İnsanlara güvənilir olduqları üçün yox, arxalanacaq heç bir şeyin olmadığı üçün güvənərsən. Güvənə biləcəyi bir insan axtaran şəxs qorxaq və acizdir. Qorx o insandan ki güvənini yox, tənhalığını seçəndir. Çünki onun itirəcək heç nəyi yoxdur.
Reklam
Arxanda dağ olması gərəkənlərin, belində yükə çevrildiyini unuda bilməzsən.
İnandığım və güvəndiyim kəslər tərəfindən vurulmadığım bir həyat arzulayardım.
Kənardan baxanda hər şey o qədər aydındır ki: Nəhəng bir çarx, heç dayanmadan fırlanır. Hamı bir qaçhaqaç içindədir; nəsə qazanmaq, uğur əldə etmək, sistemə özünü sübut etmək üçün dəlicəsinə yarışır. Halbuki bu böyük illüziyanın kənarına çıxıb uzaqdan baxanda görürsən ki, həyatın sonunda əldə qalacaq yeganə şey böyük bir heçlikdir. Əldə etdiklərimizin də əslində kürəyimizdə daşıdığımız boş yüklərdən ibarət olduğunu fərq etmək insanı iflic edir. Ya bu insanların kor-koranə bağlandıqları gizli bir yaşama həvəsləri (hansı ki, düşünəndə onlar da boşdur) var, ya da heç bir şeyin fərqində olmayan, nəsə anladığını zənn edən böyük bir axmaq sürüsü. İşin ən iyrənc, ən can yandıran tərəfi də elə budur: Hər şeyin fərqində olub, bu bərbad həyatda nə edəcəyini bilməmək. Böyük bir korlar ölkəsində tək görən göz olmaq kimi bir cəzadır bu. Digərləri kimi kor-koranə qaça bilmirsən, amma bu sistemin içindən necə çıxacağını da bilmirsən. Cəmiyyətin qarşımıza qoyduğu və insanların həyata tutunduğu o hazır paketlər; ailə, maddi azadlıq, sevdiklərin ya da rahat bir yaşam... Hamısı mənasını itiribsə, o insan nə etməlidir? Beyində bəşəriyyətin belə cavabını tapa bilmədiyi suallar… Birinə bu dərdi danışmaq ayrı çətin, danışmağı bacarsan belə qarşındakının səni əsla anlamaması ayrı çətin. Əgər hazırda yaşamağa davam edirəmsə, bu, sadəcə hekayənin sonunu maraq etdiyimdəndir.