Yoxsa kim dözərdi zamanın qamçısına, tiranın zülmünə,
Məğrur adamın alçaldılmasına,
Tapdanmış sevginin acılarına,
Qanunların gecikməsinə, məmurun həyasızlığına,
Ləyaqətli insanın alçaqlardan gördüyü təhqirlərə kim dözərdi?
Adi bir xəncərlə canını qurtarmaq bu qədər asankən...
Kim istərdi bu ağır həyatın yükü altında inləyib tər tökmək?
Əgər o ölümün ardındakı naməlumluq olmasaydı,
Heç bir insanın gedib də geri dönmədiyi o kəşf olunmamış dünyanın qorxusu
İradəmizi sarsıtmasaydı...
Budur bizi tanıdığımız bəlalarla yaşamağa məcbur edən,
Bilmədiyimiz bəlalara doğru qaçmaqdan çəkindirən.