Hasan Almammadov

Hasan Almammadov
@HasanAlmammadov
Dünya zahirdə qarışıq və nizamsız görünsə də, dərinlikdə onu anlamağa çalışan insan üçün müəyyən bir sistemin mövcudluğu hiss olunur. Bu sistem üç fərqli insan tipi üzərindən formalaşır. Birinci tərəf – sayca çox olan, lakin gücü və təsiri ilə önə çıxanlardır. Onlar dünyanı idarə edənlər kimi görünürlər. Bu insanlar ruhən deyil, daha çox maddi və fiziki dəyərlərlə yüksəlmiş, gücü ağılları, hiylələri və bəzən də vicdandan uzaq seçimləri ilə əldə etmişlər. Onlar üçün əsas olan hökmranlıqdır. Bu səbəbdən də özlərinə rəqib olacaq fərdlərin yetişməsini istəməz, sistemi elə qurmağa çalışarlar ki, güc yalnız onların əlində qalsın. Onların “oyanışı” ruhani deyil, dünyəvi oyanışdır – və bu oyanış onları insanlıqdan uzaqlaşdıra bilir. İkinci tərəf isə cəmiyyətin ən böyük hissəsini təşkil edir. Gündəlik həyatda gördüyümüz, sistemin içində yaşayan və çox vaxt bunu sorğulamayan insanlardır. Əsasən birinci tərəfin uydurduğu “Din”-lər ilə beyinləri yuyulub. Onlar doğulduqları andan etibarən ailə, mühit və cəmiyyət tərəfindən formalaşdırılır, düşüncələri yönləndirilir. Valideynlər övladlarını öz bildikləri “doğru”lara görə yetişdirir, lakin əsas sual burada yaranır: “Doğru nədir və biz nə qədər doğrunun içindəyik?” Bu sualı vermədən yaşayan insanlar, birinci tərəfin qurduğu sistemin işləməsinin ən böyük mexanızmasıdır. Üçüncü tərəf isə ən az sayda olan, lakin ən dərin mənanı daşıyan insanlardır. Onlar özlərini kəşf etmiş, həyatın zahiri deyil, ruhani tərəfini anlamağa çalışan fərdlərdir. Bu insanlar üçün əsas olan maddi yüksəliş deyil, daxili inkişafdır. Onlar vicdanı, ədaləti və insani dəyərləri əsas tutaraq yaşayır, digər insanlara da bu yolu göstərməyə çalışırlar. Sanki bir növ tarazlıq rolunu oynayırlar – yaxşılığın yox olmaması üçün mövcud olan bir qüvvə kimi. Bu üç tərəfin
Etimoloji Defteri
Mücellit Nedir ?
Fransız ata sözü deyir ki, hiss etdiyini edən insan uduzsa belə qalibdir.
Hər kəs birini sevə bilər, amma əsas olan hər şeyə baxmayaraq birini sevə bilməktir.
Doğru yoldan dönmədiyim, prinsiplərimi və xarakterimi satmadığım üçün, əlbəttə ki, mənfəət naminə yaltaqlandığın adamlara məni pisləyəcəksən.
Eyni sözü iki fərqli insana söylə: biri bunu vecinə almaz, digəri isə günlərlə düşünər. Sözü dəyişən yoxdur, təsiri dəyişən isə zehndir. Bu qədər asan narahat olma. Sənə deyilən sözlər və ya sənə qarşı göstərilən davranışlar daxili rahatlığını alt-üst etməməlidir. Səni narahat edən şey başqalarının dedikləri deyil, həmin sözləri nə dərəcədə ciddiyə aldığındır. İnsan təbiəti etibarilə özü ilə uzlaşmayan və ya nüfuzunu təhdid edən hər şeyi tənqid edir. Lakin bu tənqidlər nə etdiklərimizin, nə də edəcəklərimizin qarşısında heç vaxt maneə ola bilməz. Əsl maneə, başqalarının fikirlərinə verdiyimiz həddindən artıq əhəmiyyətdir. İnsanlar özlərinin bacarmadıqlarını başqasının cəsarətlə etməsinə iki cür reaksiya verirlər: çox az bir qisim təbrik edir, böyük əksəriyyət isə daxilən qısqanclıq və nifrət hissi keçirir. Narahatlıq kənardan gəlmir; narahatlıq sənin verdiyin reaksiyadır. Hər fikrə cavab tapmağa çalışma. Çünki insanların düşüncələrini dəyişdirməyə cəhd etmək, boş bir qabı “su” deməklə doldurmağa bənzəyir. Unutma ki, həyat səhv edərək təcrübə qazananları mükafatlandırır. Və həyat yolunda evindən heç vaxt kənara çıxmamış insanlardan məsləhət alma.