Gönderi

İNCE MEMED-Zülmə baş əyməyən bir gəncin hekayəsi
Puan vermedi·438 syf.··
2025 1. kitabı
·
20 günde okudu
·
Okunma: 04 Temmuz 2025 20:07
Yaşar Kemal "İnce Memed"lə sadəcə bir roman yazmayıb- bir xalqın susqunluğuna, acısına və üsyanına da səs verib. Bu əsərdə biz sadəcə bir gəncin zalımlara qarşı mübarizəsinə şahid olmuruq, həm də Anadolu torpaqlarında əzilən, haqqı tapdalanan insanların dirənişini görürük. İnce Memed obrazı mənim üçün qorxu ilə cəsarət arasında qərar verən hər insanın içindəki vicdan səsidir. Roman boyunca təbiət təsvirləri o qədər canlı və poetikdir ki, sanki Çukurovanın içində özün də nəfəs alırsan.Hər xarakterin öz hekayəsi var və heç biri boş yerə yazılmayıb. Hətta ən kiçik obraz belə Anadolu insanının ruhunu daşıyır. "Zülmün olduğu yerdə, susmaq da cinayətdir." İnce Memed bu susqunluğu qıranlardan oldu. Mənim üçün bu kitab,sadəcə keçmişin yox,bu günün də güzgüsüdür. Oxuyun, düşünün, hiss edin. Çünki bəzi kitablar oxunmaz, yaşanır. “İnce Memed” onlardan biridir.
İnce Memed 1Yaşar Kemal · Yapı Kredi Yayınları · 202374,2bin okunma
·
29 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.