·320 syf.····Okunma: 07 Temmuz 2025 01:14 Vüsal Aydın-"Bir milyonluq xəyanət".
Əgər kitabın trilogiya olduğunu bilməsəydim,beynim "error"verərdi ki,bir-biri ilə əlaqəsi olmayan bu qədər cinayət-intihar hadisələrini niyə oxudum?!)
Bəzən bir kitabı oxuyursan və içində elə bir düyün yaranır ki, bitirdikdən sonra da bir neçə gün səni buraxmır. "Bir milyonluq xəyanət" məhz belə bir kitab oldu mənim üçün.
Bu kitab çaşdırıcıdır mənə görə.Amma yaxşı mənada. Səni rahat oxucu vəziyyətində buraxmır.Düşünməyə, mühakimə etməyə və ən əsası, öz içindəki səssiz tərəflərlə üzləşməyə,bir sözlə Doktor Səid olmağa vadar edir.)
Bu arada Səid əslində ixtisasca həkimdir.Lakin maraq dairəsi intiharlardır.Daha doğrusu,çağrıldıyı cinayət yerlərini diqqətlə izlədikdən sonra hadisənin cinayətmi,intiharmı olduğunu dəqiqləşdirir.
Əsərdəki hadisələr sürətlə dəyişir,amma bu sürətin içində insan özünü itirmir. Əksinə,hər səhifədə bir az daha düşünür: “Bəs mən bu vəziyyətdə olsaydım, nə edərdim?”
Əsərin dili axıcı, süjeti isə sürprizlərlə doludur.
Əgər oxuduğun kitab səni silkələyirsə,deməli o,dəyərli bir işə imza atıb.Mənə görə “Bir milyonluq xəyanət” də məhz belə bir əsərdir-səni rahat buraxmayan,bitəndən sonra da düşüncələrini məşğul edən bir kitab.
Kitabın ikinci hissəsini səbirsizliklə gözləyirəm.Görəsən,hadisələr necə davam edəcək?!
Yazarın qələmini çox bəyəndim.Repliklər yerində işlənmişdi,psixoloji nüanslara diqqətlə toxunulmuşdu.Və bir də diqqət etsəniz,romanda fəsillərin adları klassik əsərlərlə eynidir:Ana,Qürur və Qərəz,Madam Bovari və s.Bu məlumatı yazar özü vermişdi mənə,çox fərqli bir detal oldu mənimçün.