Gönderi

ZİDD
10/10
·200 syf.··
Beğendi
·
2025 1. kitabı
Zidd Mən bu kitabı 1 dəfə tam şəkildə başdan sona oxumuşam. Üstəlik, 3 dəfə də altından xətt çəkdiyim cümlələri və fikirləri ayrıca başdan sona təhlil edib, orada verilən sualları cavablandırmışam. Yəni bu kitabı ümumilikdə 4 dəfə oxumuşam. Və indi burda sadəcə ümumi, qısa fikrimi paylaşacam. Unutmayaq ki, bu yazılanlar mənim şəxsi qənaətimdir. Hər kəs onu fərqli şəkildə qavraya, fərqli dərinlikdə hiss edə bilər. "Zidd" kitabı, insanın iç dünyasındakı qarşıdurmaları, cəmiyyətin dayatmaları ilə fərdi azadlıq arasındakı ziddiyyətləri və mənəvi oyanışı tədqiq edən fəlsəfi-psixoloji əsərdir. Kitabda müəllif oxucunu öz “mərkəzinə” doğru səyahətə dəvət edir bu səyahətdə insan öz qorxuları, kompleksləri və mənsub olduğu sistemlərlə üzləşir. Əsərdə əsas fikir odur ki, insan yalnız öz “zidd” tərəfini,yəni içindəki qorxulan, danılan və qəbul edilməyən yönlərini anlayıb inteqrasiya etdikdə bütöv ola bilər. Müəllif həm də sevgini, inamı və özünü tanımağı həyatın əsas dayaqları kimi təqdim edir. Kitabın ən dərin qatlarından biri də budur: insanın özü ilə olan iç mübarizəsi. Uşaq vaxtı qırılmış bir insanın böyüdükcə daxildə necə parçalandığını və bu parçaları bir araya gətirmək üçün nə qədər təmiz, amma eyni zamanda acı yollardan keçdiyini göstərir. Ziddiyyət: Özünü tanımaq istəyirsən, amma tanıdıqca daha çox sual yaranır. çünki ki, bəzən incə ruhlular ən güclü görünməyə çalışır. Kitabda da bu var, zəiflikdən utanmamaq və onu bir güc halına gətirmək cəhdi. Kitab suallar doğurur: "Sən kimsən?", "Səni sən edən nədir?", "Özünə qarşı səmimisənmi?" Bu suallar vasitəsilə oxucuya öz həyatında yeni düşüncə qapıları açmaq imkanı yaradılır. Bu kitab dəyişmək üçün yox,qəbul etmək üçün yazılıb. Səssizliyin danışdığı kitab... Əsmər Əliyeva
ZiddOrxan Şahbaz · Mono · 202535 okunma
·
70 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.