10/10
·232 syf.··
2025 19. kitabı
·
70 günde okudu
·
Okunma: 09 Temmuz 2025 16:42
Hər bir kitabın öz zamanı var – buna həqiqətən inanıram. Bu kitabı oxumağa başlayanda həyatımda hər şey qaydasında idi. Amma sonrakı iki ay ərzində çox şey dəyişdi. Həyat gözləmədiyim şəkildə çətinliklər gətirdi. İki ay əvvəl necə hiss etdiyimi belə xatırlamıram – hər şey o qədər dəyişdi. Və həmin çətin vaxtlarda bu kitab mənim üçün bir sığınacağa çevrildi. Gözləmədiyim qədər mənə kömək etdi. Bəlkə başqa şəraitdə bu kitabı bəyənməzdim. Amma o vaxt mən həyatımın ən çətin dövründə idim. Hər səhər mənim üçün bir fəlakət idi və beynimdə tək bir sual vardı: “Bundan sonra necə yaşayacağam?” Amma bilirsiniz nə var? Fırtınadan sonra yaşayır insan — bəzən daha da yaxşı. Daha güclü olursan. Dəyərini anlayırsan. Prinsiplərini tanıyırsan. Və ən dəyərliləri kim olduğunu görürsən. Qarşıma çıxdığı və kitabı oxuduğum üçün şanslı hiss edirəm.
Dağ SensinBrianna Wiest · Pegasus Yayınları · 2024466 okunma
·
116 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
normalda şəxsi inkişaf tipli kitablara qarşı önyargılı olsam da, bu kitabı çox çətin şeylərdən keçdiyim bir vaxtda oxudum və o qədər yaxşı gəldi ki <3