Üç YılAnton Çehov'un qısa müddətdə oxunub bitən axıcı və yormayan kitablarından biridir.
Hekayə Laptev adında bir kişinin xəstə bacısı Nina üçün gələn həkimin qızı Yulianı görüb aşiq olması ilə başlayır. Laptev sevgisini Yuliaya etiraf edir, amma Yulia təklifi geri çevirir. Daha sonra isə öz gələcəyini, həyatını düşünərək, onu sevməsə də təklifini qəbul edir və evlənirlər.
Bu evlilikdə sevgi tək tərəfli olur. Başlarda Laptev Yulianı çox sevirdi, amma Yulia ona qarşı eyni hissləri bəsləmir, soyuq və duyğusuz yanaşırdı. Zaman keçdikcə isə vəziyyət tərsinə dönür. Bu səfər Yulia Laptevi sevməyə başlayır, əvvəllər hiss etmədiyi bir bağlılıq yaranır ona qarşı, lakin Laptevin hissləri isə soyumağa başlayır. Əvvəlki kimi sevmir və marağı azalır.
Kitabda Panaurovun da dediyi kimi:
"Bu dünyada hər şeyin bir sonu vardır."
Eynilə Laptevin sevgisi kimi. Yulianı çox sevdiyini deyirdi amma evləndikdən sonra, zaman keçdikcə bu sevginin azaldığını görürük..
Real həyatda da belədir. Əvvəllər çox sevdiyimiz insanlara qarşı zaman keçdikcə soyuq, laqeyd yanaşırıq, halbuki vaxtı ilə özümüzə ən yaxın bildiyimiz insanlar olmuşdular..
Anton Çehov bu əsərdə sevgi, evlilik, insan münasibətlərindəki dəyişkənliyi, zaman keçdikcə hisslərin necə formalaşıb, necə sönə bildiyini çox gözəl şəkildə göstərir bizə.
Üç YılAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 20186bin okunma