Yazıçının ilk kitabının bu qədər gözəl qələmə alınmasını, və maraqlı süjet xəttinin olmasını gözləmirdim, açığı. İlk olmasına baxmayaraq olduqca uğurlu bir əsərdir.
Kitabı başdan sona maraqla oxudum. Kitabın hər hissəsində ayrı həyəcan keçirir, hər səhifəni çevirəndə yeni şok keçirdirdim. Kitabda obrazların həyatlarının ayrılıqda işlənməsini, keçirtdikləri emosiyaların ustalıqla qələmə alınması sayəsində obrazlarla empatiya qura bilməyimizi sevdim. Daha çox yaxınlarını itirən obrazlarla, Nərminlə, İmranla empatiya qurmaq asan oldu. Digər tərəfdən, qatillərlə, həmçinin Fərhadla yetərincə empatiya qurmamağımız məni bir az təəssüfləndirdi. Belə ki, Fərhadla Nəzrinin hər ikisinin psix olduğunu düşünürəm. Ən çox da Nəzrinin. Fərhadın Nəzrinə, Nəzrinin isə ailə həyatı qurmağa “takıntılı” olduğunu düşünürəm. Əks halda Nəzrinin cinayət işləmə səbəblərini başa düşə bilmirəm. Ən başda, hələ Hafizlə nişanlı olanda, Fərhadın ailəyə soxulmağa çalışdığını anlayanda niyə nişanı atmadı?(nəzərə alaq ki, Hafizi sevmirdi) Və ya kitabda dediyi kimi, əgər Fərhadı, Xədicəni, Nəzakəti öldürməyinin əsasında “uşağını atasız böyütməmək” motivi dururdusa, niyə 3 nəfəri qətlə yetirmək yerinə sadəcə uşağını abort etmədi? Bir ana üçün uşağının abortunun asan məsələ olmadığını bilirəm, amma hər halda 3 nəfəri öldürməkdən daha yaxşı variant idi. Həm də uşaq sevdiyi birindən də deyildi. Yəni qısacası, Nəzrinin öldürməkdən başqa çarəsi olmadığını düşünmürəm, əksinə, ailə həyatı qurmağa takıntılı psix olduğunu düşünürəm.
Kitabda ən bəyəndiyim obraz, şübhəsiz, İmran oldu. Onun həyat yoldaşına olan sonsuz sevgisi, işinə olan bağlılığı, yaxşı bir ata olmağa çalışması… Qüsursuz obraz olmasa da, ən çox empatiya qurduğum, və ən sevdiyim obraz olmağı bacardı.
Ümumiləşdirsəm, kitabı bəyəndim. Çox maraqlı, həyəcan verən, gözəl qələmə alınmış kitabdır. Boşuna Milli Bestseller deyil. Bütün tanışlarıma həvəslə tövsiyə edəcəyim kitablar arasında yerini aldı.
Yazıçıya növbəti kitablarında uğurlar arzulayıram.
Məktubdakı QadınMürşüd Mehdi
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma