·448 syf.····Okunma: 15 Temmuz 2025 15:37 Əngin səmanın sonsuz maviliklərində uçuşan rəngbərəng çərpələnglər...Ətrafı bürüyən uğultular, kiçik bədənlərdə atan böyük həyəcanlı ürəklər və onları dəstəkləyən yaxınlarının ümid dolu şüarları… İnsan doğuşdan yaşamaq uğrunda mübarizə apardığı kimi onlar da bu sərhədsizliyi doyunca dadmaq, son şans kimi göy üzündə azad bir quştək süzmək üçün səy göstərirlər. Ancaq yarış varsa, qalib də var, elə deyilmi? Göz oxşayan səmada yeganə çərpələngin sahibi Əmir kimi. Əmir bu qələbə ilə atasının qəlbinə yol tapır. Ancaq çox ağır bir bədəl hesabına. Elə ağır ki, uzun illər yuxusu ərşə çəkilir, vicdan əzabı onun daimi yoldaşına çevrilir. Ən yaxın dostunu, bu dünyada onu ən çox sevən insanı - Həsəni itirir. Bu dərdlə yaşamağı öyrəndikdən çox illər sonra isə bir telefon zəngi ilə keçmişinə- günahlarla dolu o sancılı günlərə qayıdır. Bu dəfə onun qarşısında iki yol var; ya öz müntəzəm həyatını çiynində daşımağa artıq alışmış olduğu ağır yüklə yaşayacaq, ya da çox çətin sınaqlardan, sonu görünməyən tikanlı yollardan keçib alnına damğa kimi yapışmış o qara ləkəni təmizləyəcək…
“ Çərpələng uçuran” Əfqanıstan gerçəkliyində iki kiçik dostun qəlb ağrıdan,könül titrədən böyük hekayəsidir.