·528 syf.····Okunma: 18 Temmuz 2025 04:19 John Verdon oxumaq həmişə zövq verir. Mizahı, yazım tərzi, Dave-in ailəsini bu qədər həngamə içində o hüzurlu təsviri və s. Amma hər kitabda cinayətlərin eyni yolla aşkar edilməsi, təkrarlanması məni yorur. 4-cü kitabıdır ki oxuyuram, amma yenilik görmürəm. Həmişə hardansa məlumatlar toplayır və son anda qatili üstünə salıb özünü təhlükəyə atanda ona Vəhy gəlir və beynində sarı lampalardan yanır. Bu kitabına gəldikdə isə Peter Pan niyə belə axmaqcasına öldü axı? Belə professional kirayə qatilin üstündə necə bir silah yoxdur axı? Bundan əlavə Peter çox asanlıqla Davidi öldürə bilərdi, durub xoruzu öldürüb xəbərdarlıq edir. Bro, seriously? Yəni bilmirəm fikirləşirəm daha dramatik bir yolla daha tülkücəsinə bir planla nəsə eləmək olardı. Maraqla oxumadım deyə bilmərəm ÇÜNKİ DAVİD ARTIQ MƏNİM KÖHNƏ DOSTUM KİMİDİR. Və əgər bir kitabdakı obraz mənə varlığını inandıra bilirsə deməli nə qədər tənqidi yazsam da həmin kitab yaxşı bir bala layiqdir.