Bir səhər oyanırsan və gözünü açdıqda artıq sən həmin sən deyilsən... Amma əslində bu dəyişiklik yeni başlamayıb sadəcə indi gözə görünür.
Kafka məni Gregor Samsa ilə aynanın qarşısına qoydu. Fiziki çevrilmə əslində içindəki çürümənin səsini yüksəltdi və başa düşdün ki, ailən səni sadəcə faydan olduqca sevirdi. Faydalana bilmədiklərində isə onlar üçün bir həşəratsan...