"On Dördüncü Adam" müəllif tərəfindən yazılmış oxuduğum ilk əsəridir. Əsəri Jean Valjean tövsiyyəsi ilə oxudum və çox bəyəndim.
Əsər dedektiv janrında yazılsa da əsasən insan taleyinin ziddiyətləri və faciəvi sonluğu ön plana çəkilir. Əsərin anlaşıqlı və oxunaqlı dildə yazılması onun müsbət tərəflərindəndir. Böyük arzularla Bakıya gələn Firdovsi saf, təmiz və təcrübəsiz gəncliyi tərənnüm edir, amma onun bu təcrübəssizliyi əvvəlvə ailəsinin sonra isə özünün faciəvi sonluğu ilə nəticələnir. Əsəri oxuduqca Firdovsinin hörmətli bir ailədən gələn ağıllı və çalışqan birisi olduğu anlaşılır. Təəssüf, Nədimə ilə olan münasibəti hələ ilk anlarından etibarən ziddiyətlərlə qarşımıza çıxacaq və Firdovsini yavaş-yavaş, özü də bilmədən məhvə sürükləyəcək. Firdovsi əvvəlcə bunu hiss etsə də əhəmiyyət vermir və özünü kor-koranə "taleynin qisməti"ə qapdırır. Bu qızla münasibət əvvəlcə onu sevdiyindən sonra isə ailəsindən ayıracaq, özünü isə uçuruma sürükləyəcək. Firdovsi xaraktercə pis birisi olmasa da qətiyyətsizliyi ilə özü ilə neçə-neçə insanın taleyini puça çıxarır.
Əsər gündəlik həyatda insanların başına gələn gerçək həyat hekayələrini xatırladır və oxumağı tövsiyyə edirəm. Əvvəlcədən xoş oxular!♡
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,199 okunma