İncələmə paylaşan biri deyiləm, amma Yaşamak yazıb paylaşmaq istədim.
Əsərə başlamazdan əvvəl kitabın üz qabığı və adı məndə çətin üslubda olacağı təəssüratı yaratmışdı. Amma oxuduqdan sonra elə olmadığını anladım. Axıcı üslubda yazılıb.
Əsərin baş qəhrəmanı Fukui-ni əvvəlcə günahkar hesab etdim. Bir insan necə bu qədər məsuliyyətsiz, qumar aludəçisi, ailəsini pis vəziyyətə salan və atasının ölümünə səbəb olan biri ola bilər? Amma irəlilədikcə fikrim dəyişdi. Taleyin Fukui-ni necə sınaqlardan keçirdiyini oxuduqca anladım. Ailəsinə olan münasibətinin dəyişdiyini, qızının qüsurlu olmasına baxmayaraq ona göstərdiyi sevgini, yoldaşına və oğluna qarşı həssaslığını. Hər iki övladını itirməyin acısı, həyatın ona necə sarsıdıcı zərbə endirdiyini göstərirdi. Burada Fukui-dən çox onun yoldaşına çox pis oldum, xəstə bir ana öz ölümünü gözlədiyi halda övladlarının ölümünə şahid oldu. Əvvəl məsuliyyətsiz, ailəsinin dəyərini bilməyən biri, taleyin ona oynadığı oyunlarla və həyatın endirdiyini zərbələrlə dəyişən və dözən bir Fukui görürük.
Oxuduqca anlayırsan ki, günümüzdə də Fukui kimi insanlar var.