Gönderi

1/10
·412 syf.··
2025 11. kitabı
·
31 saatte okudu
·
Okunma: 23 Temmuz 2025 15:52
“Qara Volqa” əsərini oxumağa başladığım ilk andan bəyənməyəcəyimi bilirdim. Yerli ədəbiyyatımızda detektiv janrın ilk nümunələrindən hesab olunur. Nəşr olunduğu illərdə çox sevilib — bunu da başa düşürəm. Çünki Sovet dövründə təhsilli insanlar az idi və bu əsər orta təbəqə üçün sadə dildə yazılmışdı. İlk dəfə oxucular cinayət, banda, oğru aləmi kimi mövzularla tanış olurdu. Bu da onlarda maraq oyadırdı. Elə buna görə də əsər sonradan ekranlaşdırıldı. Amma bu gün üçün əsər nə aktualdır, nə də detektiv janrla birbaşa əlaqəsi var. Açığı, əsəri heç cür bəyənə bilmədim. Türk seriallarındakı kimi əsərlə əlaqəsiz, “dəxilsiz” səhnələr çox idi. Axırda isə elə bil əsər 2x sürətlə sona çatdı. Arada pis kitabları da oxumaq lazımdır deyib, keçib gedirəm…”
Alıntı
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993358 okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.