·292 syf.··Beğendi
···Okunma: 27 Temmuz 2025 10:38 Oxuduğum hər kitabda möhtəşəm sətrlərə qərq oluram. Kitab oxumaq mənim üçün xoşbəxtlikdir və sahib olduğum ən yaxşı özəlliyimdir. Bu kitab üçün də ən möhtəşəm kitab idi deyə bilərəm. Axıcıdır, düşündürücüdür, hüzn və gülümsəməni eyni anda bəxş edəndir. Qısaldılmış versiyasını oxudum. Ancaq nə qədər ki, kitabxanamdadır mütləq ki, tam versiyasını oxumalıyam. Canım Sanço, səninlə vidalaşmaq, sənin cəsarətin, sadiqliyin və təmiz qəlbinlə sağollaşmaq çətin olacaq. *Hər kəs öz talehinin işçisidir* unudulmayan cümlən olacaq. Və bizi "sevən" dostlarımız bəzən düşünürlər ki, bizim üçün ən yaxşısını edirlər, bunu açıqsözlülüklə, arxamızdan oyunlar çevirmədən etsələr kaş ki. Səni də unutmayacam bərbər Nicolas