Bəyaz Gecələri oxuyanda elə bil öz içimə güzgü tutmuş oldum. Qəhrəmanın təkliyi, xəyallarla yaşaması mənə çox tanış gəldi. Az bir müddətlik tanışlığın belə bir insanı necə dəyişə biləcəyini görmək çox təsirli idi. Sadə, amma dərin cümlələrlə yazılıb, oxuduqca səssizcə düşündürür adamı. Əsərin sonunda qəribə bir boşluq hiss etdim, sanki nəsə gəldi, keçdi və iz buraxıb getdi. Məncə, bu hekayə təkcə sevgi yox, insanın görünmək, duyulmaq ehtiyacından bəhs edir.
Beyaz GecelerFyodor Dostoyevski