8/10
·224 syf.··
2025 20. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Temmuz 2025 09:42
Eugénie'nin hekayəsi həyatı əlindən alınmış bir qadının hekayəsidir. Sevmək üçün yaranmış, amma sevgisi geri qaytarılmamış birinin səssiz çöküşüdür. Həyatı da yaşadığı ev kimi daş divarlar qədər soyuq, səssizliyi qədər ağır. Var-dövlət içində yoxsulluq, insanlar arasında təklik. Hər şeyi var, amma əslində heç nəyi yoxdur. O, uzun müddət duyğusuz və monoton həyata alışmışdı. Ümidin nə olduğunu, sevginin nə olduğunu çox bilmədən böyüdü. Belə bir həyatın içində insan zamanla səssizliyə razı olur. Amma bir dəfə ümidləndisə… o zaman hər şey dəyişir. Çarlzla birlikdə ilk dəfə ürəyində bir istilik hiss etdi, ilk dəfə yaşadığını düşündü. Amma o ümid bir gün əlindən çıxdıqda, səssizlik ona artıq rahatlıq deyil, ağrı verməyə başladı. Çünki insan bir dəfə ümid etdikdən sonra, köhnə qaranlığa qayıtmaq daha ağır olur. Mənim üçün əsarın ən vurucu hissəsi, Eugenie Charles'ın əmanəti üçün min dəfə ölməyə hazır ikən, onun üçün atasına qarşı çıxıb özünə bıçaq doğrultmuşkən, Charles'ın həmin o əmanəti "poçtla göndərərsən" deyiərək göstərdiyi biganə yanaşması oldu.
Eugenie GrandetHonore de Balzac · Can Yayınları · 20173,919 okunma
·
37 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.