“ Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər,bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir”
Əsər Tolstoy tərəfindən ictimai dəyərləri, evlilik həyatını və insan təbiətini ələ aldığı hekayədir..
Əsəri oxuduqca bəzən Annanı xəyanəti üçün, övladını atdığı üçün hiddətlə qınadım. Digər tərəfdən də Anna mənim üçün həyatında ilk dəfə həqiqi məhəbbəti duyduğu adam və xoşbəxtliyi uğrunda mübarizə aparması cəsarətinə heyran qaldığım, daha sonra ağlını itirəcək qədər dərin məhəbbətlə sevdiyi üçün acıdığım bir obraz oldu.
“Bunu məndən başqa heç kim anlamır, heç kim anlamayacaq, mən bunu heç kimə başa sala bilməyəcəyəm.Hamı elə bilir ki, o, dindar əxlaqlı, namuslu, ağıllı adamdır;lakin onlar mən gördüyümü görə bilmirlər.
Onlar bilmirlər ki,o,səkkiz ildir mənim həyatımı boğur,məndə canlı nə varsa hamısını boğub öldürür. O,mənim canlı bir qadın olduğum,məhəbbətə ehtiyac hiss etdiyim haqqında bir dəfə də olsun düşünməyib.
Onlar bilmirlər ki, o, hər addımda məni necə təhqir edirdi və həmişə özündən razı qalırdı.
Men çalışmırdımmı,öz həyatıma bəraət qazandırmaq üçün var gücümlə çalışmırdımmı?
Məgər onu sevməyə çalışmırdımmı,ərimi sevmək mümkün olmadıqda oğlumu sevməyə can atmırdımmı?
Lakin vaxt gəldi, mən anladım ki, artıq özümü aldada bilmərəm,men canlı insanam, mənim heç bir günahım yoxdur və Allah məni elə yaradıb ki, mənə sevmək və yaşamaq lazımdır “