Gönderi

10/10
·490 syf.··
2025 3. kitabı
“Başsız atlı” romanı 19-cu əsrdə Amerikada baş vermiş sirli bir qətl haqqındadır. Varlı fermer Vudli Poyndekster və onun ailəsi yeni malikanəyə köçmək üçün yola çıxırlar. Böyük bir düzənlikdə yolu azan ailəni bu yerlərin məşhur vəhşi at ovçusu – mustanger Moris Cerald xilas edir. Poyndeksterin gənc qızı Luiza ilk baxışdan ona vurulur, Luizanın ona aşiq bibisinin oğlu Kassi Kolxaunsa dərhal mustangeri özünə rəqib görməyə başlayır. Günün birində Luizanın qardaşı Henri yoxa çıxır. Az sonra başsız atlı peyda olur. Bu qeyri-adi atlı ay işığına qərq olmuş savannanı dolaşaraq orda yaşayanları dəhşətə gətirir. Başsız atlını bir çoxları hətta müxtəlif vaxtlarda və bir neçə dəfə görmüşdü…Bu qəribə surət hamını qorxutmuş və hamı üçün anlaşılmaz bir sirr olaraq qalmışdı.. İndi adamların bu dəhşətli surəti, doğrudan da, gördüklərinə heç kəs şübhə etmirdi. Buna heç inanmamaq olardımı? Buna inanmamaq azı iki yüz cüt gözün görmüş olduğuna zidd getmək deməkdi. Onu teyf adlandırmaq olmazdı. Hamı özünə belə bir sual verirdi : ta qədim zamandan bəri hökm sürən təbiət qanunlarına zidd gedən bu qəribə hadisəni necə anlamalı? Bir-birinə zidd olan ən azı on müxtəlif fikir deyilirdi. Bu fikirlər az çox həqiqətə oxşasa da, bəzən çox mənasız görünürdü. Bəziləri onun həqiqi bir atlı olduğunu hesab edib başını şal altında gizlətdiyini, qarşıdakı yolu görmək və atı idarə etmək üçün şalda göz üçün iki deşik olduğunu düşünürdü. Elə adamlar da vardı ki,başsız atlının iblis olduğunu inadla təsdiq edirdilər…Kimdir o - kabus, şeytan yoxsa insan ?
Başsız AtlıMayne Reid · Teas Press Nəşriyyatı · 2024807 okunma
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.