Gönderi

10/10
·160 syf.··
2025 10. kitabı
46 Bənövşə… Həcmi kiçik olsa da, yaratdığı təəssüratlar zəngindir. Salam Qədirzadənin qələmi o qədər axıcıdır ki, əsəri oxumaqdan yorulmursan. Tanış adlar, tanış məkanlar kitabı doğma hiss etdirir. 46 Bənövşə…Könülün təsvir etdiyi bənövşələr və yaşadığı hadisələr. Bəlkə də elə özü biləmədən boynu bükük bənövşə təsvir edərkən özünü təsvir edirdi?! Könül Dərya adlı bir heykəltəraşa aşiq olur. Gözü ondan başqa heç kimi. Hətta əvvəllər sevdiyi,bəyəndiyi Emini də unudur. Ancaq Dərya barəsində düşünür, onun üçün bu dünyada dəyərli sadəcə Dərya vardır. Könül ilk dəfə valideynlərinə yalan danışır. Qulaqlarını ətrafa bağlayır. Dəryanın qüsurlarına məhəl qoymur. Bu vaxta qədər heç kəsin incitməmiş olduğu Könül ilk göz yaşlarını tökdü və ilk xəyanət zərbəsini aldı. Bu zərbədən sonra Könül həyatında əsaslı dəyişiklik edir. Hekayənin 1969-cu ildə yazılmasına baxmayaraq, hadisələr sanki günümüzdən danışır. Əziz xanımlar, 8 Mart beynəlxalq gününüz mübarək ! Yalnız bir gün deyil, hər gün sizin gününüz kimi hiss etdirəcək həyat arzulayıram sizlərə. Gözlənilməz zərbə aldıqda belə, Könül kimi həyatınıza davam edə biləcək güc sizinlə olsun
46 BənövşəSalam Qadirzade · Xan Nəşriyyatı · 2024705 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.