·305 syf.····Okunma: 31 Temmuz 2025 00:00 Öncə kitabın mövzusundan yazım, zatən kitab nəşr edilən kimi çox oxunmağa, hər kəs tərəfindən analiz edilməyə haqqında danışılmağa başlandı.
Kitabın baş obrazının adı Juniperdi. Juniperin düşündüyü kimi desək,çox da yaxın olmayan bir dostu var-Athena Lui. İkisinin də xəyalı çox yaxşı yazar olmaq, hətta yeri gəlsə klassikləşmiş əsər yazmaqdı. Əslində Juniper bütün mövzuları ən yaxşı Athena ilə danışa bilər. Amma onun çox şanslı olduğunu düşünür və içdən-içə çox qısqanır. Bir gün Athenanın yazarlıqla bağlı bir uğurunu qeyd etmək üçün bir yerə gedirlər, orda çox içdikdən sonra Athenanın evinə keçirlər. Və bu Juniperin onun evinə ilk dəfə gəlişidi. Çox danışırlar, dərdləşirlər, gülürlər. Və arada niyə bunu tez-tez etmədiklərini düşünürlər. Birinci dəfə idi ki ikisi də nələrisə kəsmədən danışırmışlar. Athena bunu xoşuna gələn şəkildə desə də Juniper bunu fərqində olur ancaq qəbul etmək istəmir. Sonra bunlar krep yeyirlər. Və birdən Athena boğulur. Juniper ağlında olan, videolardan gördüyü qədərilə onu xilas etməyə çalışır. (Sonralar əslində daha çox çalışa biləcəyini düşünür ölməməsi üçün.) Amma Athena ölür.
Bu arada Athena daha çox uğur qazanmış, səs gətirmiş yazardı, amma Juniper tam tərsidi. Anası da hətta ona deyir ki, sən yazarlıq etməməlisən (sonlara yaxın bunu onun yaxşılığı üçün etdiyini deyir) Amma Juniper yazmağı nələrdənsə xilas olmağın yolu kimi görür, bir tür sehir gözündə baxır ona.(məncə də elədi) Və yazmadan durmaq istəmir, kitablarının çox satmasını falan istəyir, ancaq elə olmur.
Athena kitablarını daktiloda yazırmış (ilk hallarını bu şəkildə yazıb, saxlayırmış, daktiloda yazarkən ciddən yazdığını sözlərin var olduğunu hiss edirmiş. Bu arada Mark Twain ilk dəfə daktiloda Tom Sawyerin Maceraları kitabını yazıb, bilirdiniz?) Juniper, Athenın son yazdığı, üzərində çalışdığı Son Cephe kitabını görür, özü ilə götürür.
Evdə üzərində çox çalışır, özünü aldatmağa çalışır, çoxlu dəyişiklik edir, araşdırır. Və bir gün bu kitabı öz adından, tanınmış bir nəşr evi ilə razılaşaraq, çap etdirir.
Kitabın ilk səhifələri bu hadisə ilə başlayır. Sonrasında biz,kitab nəşr etdirməyin çətinliyini, həmin müddətin nə qədər uzun və çətin olduğunu, çap etdirdikdən sonra belə oxucuların yaxşı/pis rəylərini, bəzən linç etmələrini, bir müddət sonra unutulmağı, bunların çətinliyini, gerçək üzünü oxuyuruq. Juniperin yazdığı kitab (ya da oğurladığı?) çox sevilir, çox oxunanlar arasına girir, hətta film təklifi də gəlir. O tez-tez bizə bunun doğru bir şey olduğunu, deyərək, özünü də inandırmağa çalışır. O yazmasaydı, heç kim Athenanın əsərini bilməzdi, əslində bütün hissəsini özü yazıb kimi sözlər deyir. Əslində burda mən də inandım ona. Amma sonra heç türlü inanmırsan və artıq sus mooduna girirsən.
Juniperin gözünü hirs bürüyür və daha çox haqqında danışılmasını istəyir. (Bu arada çox yerlərdə digər yazarlar haqqında da çox şeylər yazılmışdı, yazarın cəsarətini bu gerçəkləri oxumağı sevdim) Sonra bir gün biri Athenanın hayaleti adında bir hesab açır və Junenin bu kitabı oğurladığını deyir. Çox adam ona inanmağa başlayır, takipçi sayısı getdikcə artır və sən ağ dərili, Çinli belə olmayan yazarsan, zatən bilirdim elə əsər yaza bilməyəcəyini, sonra ən bilinən sözlərin ilk kitabla uyğun yazım dilinə sahib olduğunu gördüklərini deyirlər. Burda linç kültürü deyilən şey, insanların başqaları nə desə onun arxasınca getdikləri vurğulanıb. Biri ortaya bir fikir atır və hər kəs onun doğru olduğunu düşünərək ona aid teoremlər çıxarır.
Juniper də bu halı görüb-yazarlara haqlarında edilən rəylərə baxmamalısan deyə bir qayda qoymaqlarına baxmayaraq, hər şeyə baxır.(kim baxmaz ki?)- panik atak keçirir. Açıqlama etmək istəyir, amma işlədiyi nəşr evindəki insanlar deyir ki, heç nə etməmisənsə onları ciddiyə almağına gərək yoxdu. Amma elə etmir, artıq ölüm təhdidi belə aldığı üçün araşdırıb, kim olduğunu tapır, onunla görüşüb, danışır və bu məsələni bir şəkildə bağlayır. Nəşr evindəki insanlar ona deyir ki, əgər başqa bir kitab yazsan, insanlar bu haqda danışmağı buraxar. Və nə edir? Athenanın evinə gedir. Və orda oxuduğu bir yazı ona ilham olur. Ağ cadı adlı bir kitab yazır. Amma bir gün bu kitabı da oğurlanması ilə bağlı sözlər yayılır yenə. Amma bu dəfə eyni reaksiyanı vermir, bu ya bu şeyi ikinci dəfə yaşadığı üçün, ya da onun da dediyi kimi çox kanıtlar, yalanlamayacağı şəkildə olduğu üçün susur. Bu dəfə yenə o yollardan keçir və ona bir kitab daha yazmasını istəyirlər. Heç bir şəkildə ona ilham gəlmir, amma unutulmaqdan, diqqət mərkəzində olmamaqdan da çox qorxur. Və hər şeyi etiraf edən bioqrafik kitab yazmaq qərarına gəlir. (Haqqında bir analiz oxuduqdan sonra)
Amma işlər istədiyi kimi getmir, Athenanın ancaq səsini eşidir, gözünün önünə gəlir, artıq susmur.
Sonlarda bir hadisə olur və artıq uca səslə özünə də etiraf edir, hətta deyir ki, yanlış bir şey idi, bir də etməzdim, halbuki edərdi.
Kitabın sonunu yəni etiraf etmə səbəbində olan ortaya çıxan insanı sevmədim mən, niyə o deyə düşündüm. Əslində məntiqli bir səbəb deyir, o qız da Athena kimi şöhrət qazanmaq istəyən biri idi. Yenə də bilmirəm, tam beynimdə oturmadı bu hissə.
Kitabın çox axıcı olduğunu deyənlər var, hə, axıcıdı, çox yer özünü tez oxudur, ancaq həm shirfləri balaca idi, həm də əgər kitab sektoru haqqında o xaos, linç kültürü, sosial medianın insana nə qədər təsir etməsi, insanların nə qədər tez bir şeyə qorxunc şəkildə çatması, tez hökm verməsi, müasir yazarlığın gerçək üzü, irqçilik sizə maraqlı deyilsə biraz sıxa bilər. Kuangın digər kitabları tarixi, fantastik janrdadı və çox da qalın kitablardı. Əgər illa yazardan bir kitab oxumaq istəyirsinizsə bu kitabdan başlayıb, digərlərinə keçə bilərsiniz. Ümumi də digər janrı sevənlər başqa kitablarından da başlaya bilər.
Sonunda Juniperlə birlikdə bəzi yerlərdə mən də o qorxunu hiss etdim, yəni oğurlayanda heç bunun anlaşıla biləcəyini düşünmür. Özü ilə birlikdə bizi də aldadır. Bir ara görəsən yazarın da başından belə şey keçibmi deyə düşündüm. (Təbii o sektorun içində olan biridi) Bu arada əsəri Athenanın gözündən, ölənə qədər olan yerə qədər necə gəldiyini oxumaq istəyərdim.
Kitabda yazarın tesbitlərini, xüsusilə bəzi paraqrafları çox sevdim. Mən digər kitablarını daha çox sevəcəyimi düşünürəm. Burda çox alıntı paylaşdım, yazdığım kimi sevdiyim çox hissəsi oldu, amma sonunu o qədər də sevmədim. Səbəbini də yazmışam.
Asyalı birini təqlid etmək məqsədilə makyaj edən, insanlara Sarı üz deyirlər. Adının Sarı yüz olmasının səbəbi də budur.
Kitabın üz qapağını da bəyəndim.