Adil və Səriyyə yeni ailə qurmuş iki gəncdir. Adilə gənc demək nə dərəcədə doğrudur (30 yaşındadır) bilmirəm amma bu dəfəlik belə olsun.
Adil işində yüksəlmək üçün çabalayır, özünü işinə verir, əlindən gələni edir. Bunda da uğurlu olur - rayonlardan birində yol rəisi vəzifəsinə yüksəlir. Bu səbəbdən yoldaşı Səriyyə ilə müvəqqəti olaraq rayona köçür. Problemlər də bu hissədən sonra başlayır.
Adil hərşeyi ölçüb biçən, nə zaman güləcəyini nə zaman ciddi qalacağını bilən birisdir. Yoldaşının da özünə bənzəməsini istəyir çünki doğru olanın bu olduğunu düşünür və işi üçün də bu tərz davranmaq uyğun gəlir.
Səriyyə başlarda ona haqq verir amma zamanla onun "qaydalarını" yox sayır öz bildiyini edir. Getdikləri rayonda körpüsalanlarla - Soltan, Kərəmxan və Qəriblə yaxınlaşır, onlarla "dostlaşır". Belə deyim yoldaşını qoyub 3 cavan oğlanla birgə vaxtını keçirir: tenis oynayır, ayı ovuna gedir, hətta şərab içir!?
Adil ondan bu barədə soruşduqda "biz bir briqadanın üzvləriyik" deyir.
Axı briqada üzvü olmağın etdiklərinin hansına bəraət qazandırır?
Yoldaşı olduğu halda Buldozerçi Qəribə qarşı hisslər bəsləyən bir insan, özünə bu cümlə ilə necə bəraət qazandıra bilər?
“Nə üçün bizim duyğulanmız getdikcə bir-birindən bu cür uzaqlaşır? Nə üçün, o, mənim isinişdiyim, dost və yoldaş hesab elədiyim adamlara bu qədər yaddır? Bəlkə mən heç işləməyəydim? Lakin bu necə ola bilərdi? Mən özümü vətəndaşlıq hüququndan necə məhrum eləyə bilərdim?"
İşləməyin bir əxlaqı olmalıdır. Adil sənin işləməyinə başdan razı idi sadəcə insanlara qarşı münasibətindən narahat idi və bunda haqlı imiş.
"Yox, Adil, bu mümkün deyil! Mən bunu bacarmaram. Mən özümü sənin və körpüsalanlann gördüyü işdən təcrid eləyə bilmərəm. Bəlkə sən özün bir yol tapasan? Nə üçün sən heç öz hərəkətlərin barədə düşünmürsən? Axı, sən ağıllı, işgüzar oğlansan... Nə üçün sən mənim kölgədə sürünməyimi istəyirsən?
Mən sürünməyə nifrət edirəm".
Düzdür sürünməyə nifrət edirsən ona görə tez-tez kaş subay olaydım deyib Qəribi yoldaşın olaraq təsəvvür edirsən..
Adilin şöhrətpərəstliyi kimi bir-iki kiçik problemi ola bilər. Amma bunlardan başqa o ideal insandır və mənim ən sevdiyim cəhəti əxlaqi dəyərləri oldu. Həmçinin bütün əsər boyunca ona tamamən haqq verirəm.
Oxuduqca Səriyyə obrazına hirslənməyim təsirləri, incələməmdə də əks olunmuş ola bilər. Məqsədim müəllifi təhqir və ya tənqid etmək deyil sadəcə fikirlərimi bölüşmək istədim. Ümid edirəm bu yazı oxuyanlara faydalı olar.