Puan vermedi·425 syf.··
2025 30. kitabı
·
26 saatte okudu
·
Okunma: 03 Ağustos 2025 01:39
-spoiler- Kitabı ikinci dəfədir oxuyuram, çünki youtube üçün video çəkəcəm və davam kitablarını da oxumaq üçün nə olduğunu dəqiq xatırlamalı idim. Ona görə hadisələri ətraflı yazacam. Cinder, Sindrella nağılının reetelingidir. Amma burda hekayə gələcəkdə keçir, texnologiya çox inkişaf edib. Biləklərinə taxılan kimlik çipləri, uçan droidlər var. Sinder bir sayborgdu və yaşadığı yerdə bilinən, bir mexanik ustasıdır. Sayborg metal hissləri olan kimsələrə verilən addır. Sinderin də bir ayağı və bəzi yerləri metaldı. Bir gün Prens Kai 20 illik androidini düzəltməsi üçün ona gətirir. Bu arada yaşadıqları ölkə də vəba yayılıb. Və burda aycılar adlanan insanlar var, onlar yüz illər əvvəl aya yerləşən topluluqlardı. Aycıların bir çox bacarığı da var, məsələn olmayan şeyləri birinə göstərmək, hiss etdirmək kimi. Kraliça Levena da onların ən böyüyü imiş. Kraliça bu bacarığından istifadə edərək, çox gözəl görünə bilir.Amma aynalar həmişə gerçəyi göstərir. "Ayna ayna söyle bana, benden güzeli var mı bu dünyada?" Bu cümlə. Tanış gəldi? Hə, Kraliça Levena Pamuk Prensesin ögey anasıdır. Və ölkəni elə keçirmək üçün Prens Kai ilə evlənmək istəyir. Bu arada Levena politik anlamda daha avantajlı olmaq üçün öz yoldaşını öldürdüyünü, ögey qızını sırf getdikcə gözəlləşdiyi üçün qızı öz üzünü parçalamağa məcbur etdiyini və tək rəqibi olan Prensen Seleneni de 13 yaşında öldürtdüyünü başqa yerlərdə isə qızın onun əlindən xilas olduğu və bir gün Kraliça Levenanın acımasızlığına son veriləcəyi deyilir. Cinder də Sindrella hekayəsində olduğu kimi yaşadığı yerdə Adri adında qadın və onun iki qızı- Pearl və Peony var. Peony ilə az-çox anlaşa bilirlər. Sinderin işi bir bazar yerindədi və vəba orda daha çox var. Bir gün Peonyə də vəba keçir. Vəbanın adı isə letimosisdi. Vəbanın çarəsini tapmaq üçün könüllü insanlar axtarırlar və Peonyni droidlər apardıqdan sonra anası Adri Cinderi könüllü kimi göstərir, zorla aparırlar. Onlara Erland adında bir həkim baxır. Cinderin vəbaya qarşı bağışıklığı var, ona təsir etmir. Dr.Erland da onu pul qarşılığında araşdırmaq istəyir. Həkim etdiyi araşdırmalar nəticəsində Cinderin aycı olduğunu ancaq sehir etmək bacarığının olmadığını öyrənir. Və elə insanlara da içi boş adı verilirmiş. Aycılar da bu insanlardan nifrət edirmiş. Bir gün Prens Kai ona baloya dəvət edir, amma həmin gecə də Cinder androidi Iko ilə ölkədən qaçmağı planlayır. Ona görə başda qəbul etmir. Kainin atası bir gün vəba nəticəsində dünyasını dəyişir və Levena onların ölkəsinə gəlir. Cinder maşını təmir edir ki, qaçsın. Kainin, Cindere təmin etməsi üçün gətirdiyi andorid-Nainsinin içərisinə biri çip yerləşdirib. Yerləşdirən isə Kraliça Levenanın baş sihirbazı Sybilin övladlığa və kraliçanın proqramçısıdır. O balo gecəsi həmin çip vasitəsilə Cinder ilə əlaqəyə keçir. Ona danışır ki, çip casusluq etmək üçün imiş və bu sayədə Prenses Selenenin həyatda olduğunu,Kainin onunla evlənməyi düşündüyünü və sarayda olan digər şeylərin hamısını Levena öyrənib. Cinder bunları öyrəndikdən sonra Kaiyə hər şeyi şeyi vermək üçün baloya gedir ve hər şeyi danışır. Bir müddət sonra Levena Cinderi görür (Cinderin adının mənasının kül olduğunu öyrənirik) və içi boş olduğunu deyir, Kai ilə anlaşma edir ki, qızı istəyirsənsə mən ölkənin başına keçməliyəm. Sonra hadisələr olur, Cinder əslində içi boş olmadığını görür, Aycı yeteneklerindən istifadə edərək qaçmağa çalışır, amma yıxılır. Kai hüsrana uğrayır,onun sayborg olduğunu da görür və deyir ki, qızı öldürə bilməzsiniz, nə edəcəyimi qərar verənə qədər həbsdə yatmalıdır. Amma əsas niyyəti nədir, bunu bilmirik. Levena isə savaş açmayacağı təqdirdə bir müddət keçdikdən sonra qızı öz ölkəsinə aparacağını deyir,əgər qəbul etməsə bu dəfə onunla evlənməli olduğunu deyir.(hər iki durumda Cinder ölür)Və Cinderi həbsə atırlar. Onu görmək üçün Dr. Erland gəlir. İlk nəzarətçilər onun girməsinə icazə vermir bu zaman həkim də aycı bacarığından istifadə edərək, içəri girir. Ona metal əl və ayaq verir və onunla birlikdə Afrikaya gəlməsini istəyir. Və orada etiraf edir ki, Cinder əslində Prenses Selenedi. Burda aydın olur ki, həkim neçə vaxtdır, onu axtarırmış, ona görə vəba üçün də sayborg olanları könüllü istəyirmiş. Cinderi sayborg edən insanı da tanıyırmış. Sayborg olmasını səbəbi də yanğında hər şeyini itirməsi imiş. Levena da əslində Cinderin kim olduğunu anlayıb. Ona görə artıq Cinder bunu qəbul etməlidir və ordan qaçmaq yolunu tapmalıdır. Kai və İko olan dialoqları çox bəyəndim, gülərək oxudum. Kainin bir planı olduğuna inanmaq istəyirəm. Çox axıcı və maraqlı idi. Hekayələrin bir-biri ilə əlaqəsi çox yaxşı qurulub. Bəzi yerləri təxmin edilsə də oxuyarkən zövq aldım. Bəzi sevdiyim yerləri haqqında isə videoda danışmağı düşünürəm. İkinci kitabı da ikinci dəfə oxuyacam. Sonra digərlərini də bitirərəm. ️
CinderMarissa Meyer · Artemis Yayınları · 20237,1bin okunma
·
80 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.