·96 syf.··Beğendi
···Okunma: 03 Ağustos 2025 08:13 #30gün30kitab 3-cü gün
Bu kitabda "Sahaf Mendel" və "Leporella" hekayələri yer alır. Hər ikisini çox bəyəndiyim.
"Sahaf Mendel" hekayəsi özünü kitab dünyasına həsr etmiş, həyatdan təcrid olunmuş bir adamın faciəvi portretidir. Mendel saatlarla oxuduğu kitabxanada yaşayan, reallıqdan uzaq düşmüş, amma müstəsna yaddaşa malik biridir. Yazar bu obrazla cəmiyyətin qeyri-adi fərdləri necə anlamadığını və onları necə kənarlaşdırdığını göstərir.
"Leporella" hekayəsi isə itaət və alçaldılma içində yaşayan bir qadının psixoloji portretidir. Leporella sadə, kobud təbiətli bir kənd qadınıdır, lakin zadəgan bir evdə qulluqçu kimi işləyərkən ev sahibinə artıq dərəcədə bağlanır. Bu bağlanma zamanla kor bir itaətkarlığa və dərin psixoloji çöküşə çevrilir. Bu hekayədə insan ruhunun ən qaranlıq qatlarını, təhqirə və məhəbbətə susamışlığın necə faciəyə çevrilə biləcəyi ustalıqla təsvir edilir.