Puan vermedi·168 syf.··
2025 8. kitabı
·
14 günde okudu
·
Okunma: 05 Ağustos 2025 18:52
İlk dəfədir ki,burda bir kitab üçün review paylaşıram.Kitaba başlayanda sadəcə uzun illərdir oxumaq arzusunda olduğum bir kitab kimi başladım, açığı çox da ümidli deyildim yazarın digər kitabı (İçimizdəki şeytan) qədər mənə toxunacağına.Amma yanılmışam) Kitabı bitirəndə sözün əsl mənasında,ondan ayrılmaq istəmədim.Sanki çox yaxın birisindən ayrılırmışam kimi bir təsir bağışladı mənə. Kitabda baş qəhrəman Raif Əfəndidir(məncə Maria Puder də ən az onun qədər baş qəhrəmandır).Raif Əfəndi mənə "bizim cəsarətsiz tərəfimiz, səhlənkar tərəfimiz"miş kimi gəldi.Bu adam sanki həyatını axışına buraxıb,özü də o axına qapılıb gedir.Həyatdan tam olaraq nə gözləyir, ümumiyyətlə nəyisə gözləyirmi, burası müəmmalıdır.Şansı orda gətirir ki,onun qarşısına Kürk mantolu madonna çıxır-ona ,əslində həyatın nə demək olduğunu, yaşamağın necə bir şey olduğunu öyrədən Maria Puder.Mənim üçün sual olaraq qalan hissə odur ki, görəsən bunları Raif Əfəndiyə öyrədən həqiqətən bir qadın idimi?Yoxsa onun öz içində bəslədiyi sevgimi dəyişdi onu?Yəni biz həyatımızın hansısa bir dönəmində köklü bir dəyişim yaşayırıqsa,bu bizə təsir edən qarşı tərəflə nə qədər əlaqəlidir?Bəlkə də məsələ sadəcə "uyğun ruhu"tapmaq idi.Raif Əfəndinin ən böyük şansı o ruhu tapması idi.Məsələ məhz ruhun tapılması idi , bəli.Çünki bu tanışlıq tək Raif Əfəndiyə yox,Maria Puderə də yeni bir həyat yaratdı. Əsərdə baş qəhrəmanı qınadığım iki yer oldu.Birinciyə görə bəlkə də əsərin sonunda fikrimi dəyişdim,amma ikinci ilə bağlı əsəbiyəm hələ də Raifə:) 1.Özünü öldürməsi haqqında fikirləri Maria'ya deyəndə Marianın onu "getmə,sən özünə nəsə edə bilərsən, yanımda qal "tərzində dediyi şeylər mənə sevgidən çox mərhəmət və "vicdan əzabından qorxmaq "kimi gəldi ilk anda. 2.Raif Əfəndi sonda öz qızının arxasınca getmədi... Onsuzda öz qurduğu ailəsində sevgi görmədiyi və atalıq borcunu az da olsa yerinə yetirdiyi, özü üçün mənəvi cəhətdən çox da bir şey ifadə etməyən uşaqları ilə xoşbəxt deyildi.Heç olmasa Mariadan olan qızına atalıq borcunu yerinə yetirərdi,geri qalan həyatını qızıyla həqiqətən yaşayardı.Həyatında öz sevgisi üçün son bir cəsarət nümayiş etdirib qızının ardınca gedib onu sahiblənərdi.Sonda niyə o qızı buraxdı Raif, heç başa düşə bilmədim. Əsərlə bağlı yazmaq istədiklərim bu qədər.Xoş mütaliələr hər kəsə
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,5bin okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.