Puan vermedi·80 syf.····Okunma: 10 Ağustos 2025 12:05 Cəfər Cabbarlı Altıağacda "Sevil" pyesini tamamladığı gün Sona xanıma belə bir şərt qoyur:
— Sonası, bilirsən nə var? Bu gün səhərdən axşama kimi nə evə girin, nə də məni çağırın. Heç kimi də otağıma buraxmayın!
Saat 5-ə kimi nə evə girən olur, nə də qapını döyən. Saat 6-ya yaxın Bakından Cəfərin qohumlarından biri — Şəmsəddin Abbasov gəlir. Sona xanım ürəyi döyünə-döyünə qapını taqqıldadır:
— Ay Cəfər, Şəmsəddin gəlib, qapını aç!
Şəmsəddin Cəfərlə görüşür və təcili başqa kəndə gedir. Cəfər eyvana çıxaraq deyir:
— Sonası, üç dəqiqəyə dözə bilməzdin, fikrimi dağıtdın. Əsəri bitirmişdim. İndi mən üç dəqiqəlik işim üçün bir neçə gün oturmalıyam.
"Sevil"in axırını Şəmsəddin korladı. Sonu heç də belə çıxmazdı."