Albert Camus - Yad
Puan vermedi·112 syf.··
2025 32. kitabı
Albert Camus-nun “Yad” əsəri mənim üçün təkcə bir kitab olmadı. Bu, insana bir güzgü tutan əsərdir. Ən başdan hiss edirsən ki, baş qəhrəman – Merso – hamıdan bir az fərqlidir. O, həyatdakı hadisələrə bizim gözlədiyimiz kimi reaksiya vermir. Anasının ölümündə ağlamır, özünü qəmgin göstərmir. Və bu artıq oxucuya qəribə gəlir. Camus-nun absurd fəlsəfəsi burada açıq görünür. Həyat bəzən həqiqətən mənasızdır. Biz isə həmişə bir səbəb, bir izah axtarırıq. Merso isə belə bir axtarışda deyil. O, sadəcə yaşayır – nə artıq, nə əskik. Məni əsərdə ən çox təsirləndirən məqam məhkəmə hissəsi oldu. Burada onun qətli mühakimə olunur, amma sanki əsas mövzu bu deyil. Sanki cəmiyyət deyir: “Sən niyə hamı kimi davranmadın? Niyə ananın dəfnində ağlamadın?” Və bu ona ölüm hökmü gətirir. Əsərin sonunda Merso ölümü qəbul edir. Və maraqlıdır ki, məhz o an azad olduğunu hiss edir. Çünki ölüm qaçılmazdır, amma onu dərk edəndə həyatı olduğu kimi sevmək daha asan olur. Məncə, Camus burada bizə bir dərs verir: həyatın mənasız olduğunu bilə-bilə, onu sevmək – insanın ən böyük üsyanıdır.
YabancıAlbert Camus · Can Yayınları · 2025137,3bin okunma
·
58 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.