"Sevmək Sənəti" mənim üçün həm düşündürücü, həm də bir az təəssüf doğuran bir oxu oldu. Freydin sevgi barədə kapitalizm prizmasından izahı və insanların iqtisadi maşının köləsinə çevrilərək sevgini materializmlə bağlaması çox aydın və yerində göstərilib.
Amma azərbaycan dilindəki tərcümədə yanlışlıqlar oxu axıcılığını pozur və fikri qarışdırır. Təklif edirəm ki, oxumaq istəyənlər birbaşa türk dilindən oxusun. Mən yarısını türk versiyasında oxumağa məcbur qaldım və orada daha rahat anladım. Oxuyacaq olanlar, 4-cü bölməyə qədər səbir edin, çünki müəllifin əsas mesajı o hissədən sonra daha parlaq görünür. Qısa desək, oxumağa dəyər.️