Gönderi

Puan vermedi·150 syf.··
2025 19. kitabı
Aldous Huxley əsərdə şüurun sərhədlərini, onun necə genişlənə biləcəyini və bu genişlənmənin bəzən Cənnət kimi həzz, bəzən də Cəhənnəm kimi əzab gətirə biləcəyini araşdırır. Kitab yalnız psixodelik maddələrdən danışmır; o, şüurun, qavrayışın və reallıqla əlaqəmizin təməl mexanizmlərini sorğulayan bir fəlsəfi və şəxsi araşdırmadır. 1. Şüurun filtr mexanizmi və “Mind at Large” Huxley-yə görə beyin “reducing valve” – azaldıcı klapan – kimi işləyir. Bizim gündəlik gördüyümüz dünya, əslində mövcud olan reallığın kiçik, süzülmüş bir hissəsidir. Bu filtr bizi reallığın sonsuzluğundan qoruyur, çünki bütün məlumatı eyni anda qəbul etmək həyatın praktik tərəflərini mümkünsüz edərdi. Meskalin bu klapanı müvəqqəti zəiflədir və şüura “Mind at Large” adlanan daha geniş reallıq qatına keçid verir. Bu vəziyyətdə əşyalar artıq yalnız “nədir” sualına cavab vermir; onların varoluşunun öz mahiyyəti – Huxley-nin “Istigkeit” dediyi “is-ness” – açılır. 2. Cənnət və Cəhənnəm – yalnız ölüm sonrası anlayış deyil Heaven and Hell hissəsində Huxley bu iki məkanı mistik və teoloji ənənələrdən çıxarıb, indiki anın potensial vəziyyətləri kimi göstərir. Ona görə Cənnət, yalnız ölüm sonrası çatılan bir yer deyil – insanın qavrayış qapıları təmizləndikdə hər an ətrafında mövcud ola bilən bir reallıqdır. Eyni ilə Cəhənnəm də yalnız dini mifik təsvirlərlə məhdudlaşmır. O, şüurun büküldüyü, qorxu və təcrid hissinin tam hakim olduğu bir daxili vəziyyətdir. Yəni bu anlayışlar coğrafi deyil, psixoloji və qavrayış səviyyələridir. 3. Vizyoner təcrübə və incəsənət Huxley, gördüyü vizyonların incəsənətlə paralellərini qurur. Məsələn, Van Qoqun “Kreslo”su onun meskalin altında gördüyü “çox real” obyekt təcrübəsinə bənzəyir – amma yenə də, rəsm yalnız simvoldur, təcrübənin özü isə birbaşa və bədii təmsildən daha dərin bir gerçəklikdir. Vermeer və Le Nain qardaşlarının əsərlərində gördüyü “human still life” - insanın sakit, hərəkətsiz anlarında ortaya çıxan saf mövcudluq - bu vizyoner baxışın sənətdəki nümunələridir. 4. Din, ritual və maddələr Tarixi nümunələr göstərir ki, bir çox mədəniyyətlər psixodelik bitkiləri dini və ya mistik məqsədlərlə istifadə edib. Peyotl, iboqa, soma və s. maddələr yalnız “uçmaq” üçün deyil, insanı ilahi bir reallıqla əlaqəyə gətirmək üçün qəbul olunub. Huxley-nin yanaşması budur ki, düzgün niyyət və şəraitlə bu maddələr bir “açıcı” kimi işləyə bilər. 5. Rəng, forma və müasir dünyanın vizyoner ilhamı itirməsi Huxley-nin müşahidəsinə görə, psixodelik vəziyyətdə rənglər və formalar gündəlikdən qat-qat intensivdir. Halbuki müasir dünya (neon işıqları, sənaye dizaynı) bu vizyoner elementləri kütləvi və sıradan hala gətirib, onların təsirini zəyiflədib. 6. Aktiv və passiv mistika problemi Huxley bir paradoksu vurğulayır: əgər insan həmişə bu təmiz görmə vəziyyətində olsa, bəlkə də heç vaxt “etməyə” ehtiyac duymayacaq. Lakin həyat həm kontemplasiya (Məryəm yolu), həm də fəaliyyət (Marta yolu) tələb edir. Onun üçün ideal vəziyyət “Bodhisattva” mövqeyidir - həm reallığın sonsuz gözəlliyini görmək, həm də başqalarına praktiki fayda vermək.
Algı KapılarıAldous Huxley · İmge Kitabevi Yayınları · 20181,432 okunma
·
1 +1'leme
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.