10/10
·372 syf.··
2025 33. kitabı
Bəli, nəhayət o gün gəlib çatdı. Aysel Şıxlının Qanadsız Mələk kitabı haqqında bütün fikirlərim uzun olacaq deyə yalnız bir hissəsini bölüşəcəm. Sevgi romanlarını oxumağı çox sevən biri olaraq "Qanadsız Mələk " görən kimi diqqətimi cəlb etmişdi. Sevəcəyimə zərrə qədər şübhəm yox idi. Çünki demək olar ki, 1ildən çox idi oxumaq istəyirdim bu kitabı, sadəcə fürsət olmurdu. Qismət indiyə imiş deyib çox böyük həvəslə başladım. Kitabı o qədər çox, o qədər çox sevdim ki...onunla aramızda tamam başqa, Görünməyən bağ əmələ gəldi. Düzdü çox ağlatdı məni.Hətta öz-özümə düşündüm ki,görəsən bir də hansı kitab məni bu qədər ağlatmağı bacaracaq? Murad...ah Muradım,kaş ki azca cəsarətini toplayıb risk edərək sevgini etiraf edərdin. Muradı çox az insan anlayar əslində, o dostluğunu itirməkdən ya da Mələyi həmişəlik itirməkdən qorxurdu. Hələ Ayxan və Mələk ikisi ilə də üz-üzə gələndə keçirdiyi hisslər. Bu hekayədə günahkar yox idi. Sevgisi ilə birlikdə dostluğunu da itirməkdən qorxan insan var idi, dostluğuna xəyanət etməyib dostluqda sevgi haqqında düşünməyəcək qədər saf Mələk var idi...Ara-sıra "Murad de də,de sevdiyini" deyə düşünürdüm, amma eyni zamanda başa düşürdüm Muradı. Ayxan bir qədər suallar yaratdı ağlımda bilmədim onda da günah axtarım ya yox,amma xəstə olduğunu keçirəndə bilmirəm artıq neçənci dəfə idi ağladığım səhifələri oxuduğum. Bəs bu "Bermud üçbucağı"nın aqibəti necə oldu?Spoiler olmasın deyə sonundan danışmayacam.Bu sualı isə yalnız oxuyanlar bilsin istəyirəm. Ümumiyyətlə isə kitabda sevgi,dostluq, ailə münasibətləri, müasir gənclik üçün aktual olan bir çox mövzuya məharətlə toxunmağı bacarıb yazıçı.
1000Kitap
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0409 okunma
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.