Gönderi

10/10
·355 syf.··
Beğendi
·
2025 37. kitabı
Qüdrət Kərəm Sabit | Kaş ki gülən ölüm olsa Hər birimizin bitməsini istəmədiyi, amma sonunu bilmək üçün əlimizdən yerə qoya bilmədiyi kitablar var. Bu kitab da mənim üçün məhz elə əsərlərdən biri oldu. “Kaş ki Gülən Ölüm Olsa” oxucunu ilk səhifədən özünə çəkir. Hadisələrin axıcılığı, dialoqların təbiiliyi, hisslərin səmimi şəkildə oxucuya ötürülməsi insanı sanki həmin dövrə aparır və hadisələrin canlı şahidinə çevirir. Bu isə müəllifin qələminin gücündən xəbər verir. Kitabın məzmununa gəlincə, roman Cümhuriyyətimizin yaranmasından sonrakı dövrü əks etdirir. Burada həm xalqımızın göz önündə olan qəhrəmanları, həm də adları tarixdə qalmayan, lakin canları bahasına dövləti ayaqda saxlamağa çalışan isimsiz qəhrəmanlarımız ön plana çıxır. Əsərdə sevgi, həsrət, dostluq, düşmənçilik və ədalət mövzuları ustalıqla işlənib. Oxuduqca boğazım düyümləndi, son səhifəni qapadıqdan sonra isə içimdə həm bir boşluq, həm də fəxr və qürur hissləri yarandı. Tarixi faktlara əsaslanan “Kaş ki Gülən Ölüm Olsa” romanını mütləq oxuyun və başqalarına da oxutdurun. Ürəyinizə və qələminizə qüvvət, Qüdrət Kərim Sabit!
Kaş ki Gülən Ölüm OlsaQüdrət Kərim Sabit · Apostrof-a Nəşriyyatı · 202421 okunma
·
97 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.