Gedəcəyəm..
Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr Hər nə geysəm, vücuduma dar gələr, Bu darlığa dözmək olmur, Əzizim. Əzəl gündən dünya yalan dünyadı, Baha satan, ucuz alan dünyadı, Arzuları nakam qalan dünyadı, Dağılanı düzmək olmur, Əzizim. Kaş ki dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə çataydı, Yaşamağım göz yaşımdı, haraydı.. Göz yaşında üzmək olmur, Əzizim. Dalğalara yalvarmaqdan bezmişəm, Hönkürməkdən, ağlamaqdan bezmişəm, Səndən ayrı yaşamaqdan bezmişəm, El-obadan bezmək olmur, Əzizim. Heç bilməzdim daşım belə ağırdı, Bəxtim belə biçarədi, fağırdı, Gedəcəyəm, göylər məni çağırdı, Daha yerdə gəzmək olmur, Əzizim. Vahid Əziz ~ Ə𝘻𝘪𝘻𝘪𝘮.
Şiir
·
167 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.