Gönderi

Üçatılan'ın yiyəsi Ərşad
9/10
·160 syf.··
Beğendi
·
2025 73. kitabı
·
9 günde okudu
·
Okunma: 15 Ağustos 2025 15:15
Yenə İlyas Əfəndiyevin bir digər əsərini oxumaq qismət oldu. Əsərdə Kürdobada baş verən hadisələrdən danışılır. Əsərdəki təbiət təsvirləri, dağlıq, çəmənlik, yaşıllığın o cür gözəl təsviri insanı sanki həmin yerlərə aparırdı. Ərşadın Sərvinaza qarşı olan münasibəti, igidliyi xoş təsir bağışlayırdı. Əsərdə mən bildiyim qədərilə, 1929-cu ildən etibarən başlanan kollektivləşdirmə dövründə və ondan biraz əvvəlki dövrdə baş verən hadisələrdən və əhalinin yaşadığı dəyişikliklərdən də qeyd edilir. Axıcı və maraqlı əsərdir, oxumağınızı tövsiyə edirəm. Bura qədər oxuyan və kitabı da oxumaq istəyən oxuculara təşəkkürlər və xoş mütaliələr.
İnceleme
Üçatılanİlyas Efendiyev · Altun Kitab Nəşriyyat · 202293 okunma
·
49 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.