Gönderi

Daş yuxular
Puan vermedi·161 syf.··
2025 14. kitabı
·
27 saatte okudu
·
Okunma: 15 Ağustos 2025 19:37
"İndiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev. "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."— Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan. "Daş yuxular" rekviyem romanını oxuyarkən başda bəzi bəyənmədiyim, səhv gördüyüm hissələri seçib qeyd ettim. Ancaq oxumağa davam edəndə gördüm ki deyəsən bütün kitabı qeyd etməli olacam. Əkrəm Əylislinin qələmindən oxuduğum ilk əsər olduğu üçün onun üslubuna hakim deyildim. Bu əsərdə işlədilən üslubü və hadisə aparıcıllığını çox bəyəndim. Əsər də elə buna görə yaxşı başlayır (kitabın mövzusundan qeyri olaraq). Hadisələr insanı özünə çəkir oxuduqca oxumaq istəyirsən. Hətta ilk 40-45 səhifədəki mövzuda belə böyük problemlər gözümə çarpmadı. Di gəl ki kitabın ardı elə deyilmiş. "Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: “Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә gizlәnәn ermәnilәri isә elә oradaca od vurub diri-diri yandırırlar. Hәmin dәhşәtli gün evdәn bayıra çıxmağa ürәk elәmәyәn müsәlman arvadları sonralar xatırlayırdılar: Bir həftə arxlardan qırmızı qan axdı. Әdif bәy qarğa kimi qara atın üstündә oturmuşdu, “Atəş” deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb getdi. Elә o dәqiqә dә güllә yağış kimi yağdı. Elә bil göy guruldadı, havanı bomboz toz-duman bürüdü. Elә dәhşәtli hay-hәşir qalxdı ki, dünya yaranandan elә bir şey görülmәyib. Hәyәtlәrdә itlәr hürüşmәyә başladı, ağaclardan sığırçınlar çığırışıb uçdu. Perikmiş qarğalar,; göyәrçinlәr bir göz qırpımında kәnddәn qeybә çәkilib dağlara sığındı. Sanki cәhәnnәmin ağzı aralanmışdı. Günәş göy üzündәn yerә düşüb çilik-çilik olmuşdu". Bəlkə belə bir hadisə və ya hadisələr (Kitabda bunun kimi onlarca, azərbaycanlı vətəndaşlara qarşı uydurma iddialar, onları vəhşi heyvanlara bənzədən hətta birbaşa elə adlandıran cümlələr var) həqiqətən baş verib, baş veribsə burda əksinə danışmağım doğru olmaz deyərək biraz araşdırdım. Nəticələr: ""1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşlər."" ""Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır."" Sülh istəyən insan xalqına böhtan atıb canini dəstəkləyərmi? Azərbaycan tərəfindən Ermənilərə bu tipli hərəkatlar olmadığı halda əksinə düşmənin etdiyi şeyləri öz millətinin adına yayarmı? Haqlı-haqsız məsələsi mənlik deyil ona görə burada kim haqlıdır kim haqsızdır deməyəcəm amma ortada faktlar varsa müəyyən bir nəticəyə də gəlmək çətin olmur. Əkrəm Əylisli humanizm adı altında ermənipərəstliyi ucaldan, uydurduğu vəhşi hərəkətləri müsəlmanların işi kimi göstərən şərəfsizin biridir. Onu deyim ki kitabın mövzusu fərqli olsaydı və bu qəlib ilə yazılsaydı möhtəşəm iş ortaya çıxardı. Hər nə qədər ədəbi tənqid baxımından aciz olsamda fikirlərimi bölüşmək istədiyim üçün bu yazını yazdım. Ümid edirəm iləridə başqası bu əsəri daha gözəl təhlil edər, demək istəyib də deyə bilmədiyim şeyləri ifadə edər. İstinadlar: anl.az/down/meqale/aze... az.m.wikipedia.org/wiki/Da%C5%9F_y...
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
·
125 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.