Gönderi

Puan vermedi·68 syf.··
2025 9. kitabı
·
2 saatte okudu
·
Okunma: 17 Ağustos 2025 11:00
Stefan Zweig-in bu əsərində qadının duyğuları, davranışları insanı həm sarsıdır, həm də əsəbləşdirir. Onun davranışlarını yalnız “aşırı sevgi” kimi görmək kifayət deyil, burda psixoloji bir tablo var. Qadın həyatının mərkəzinə sevdiyi kişini qoyaraq öz kimliyini itirir, bütün varlığını onun diqqətinə həsr edir. <<Bu hal bağlanma nəzəriyyəsi baxımından “narahat bağlılıq” nümunəsidir – yəni insan yalnız seviləndə dəyərli olduğunu hiss edir.>> Qadının sevgisini açıq şəkildə etiraf etməməsi isə həm rədd edilmə qorxusundan, həm də xəyallarını qoruma ehtiyacından qaynaqlanır. Əslində o, real münasibət deyil, idealizə etdiyi bir sevgi ilə yaşayır. Bu isə sağlam sevgidən çox obsesiv bağlılığa işarə edir. Oxucu olaraq mən də təəssüf və bir qədər həyəcan yaşadım :( insanın özünü tamamilə bir başqasına fəda etməsi həm faciəvi, həm də üzücüdür. Bu hekayə bizə göstərir ki, sevgi gözəldir, amma özünü silmək bahasına yaşananda artıq dağıdıcı olur. :/ Bilinmeyen Bir Kadının Mektubu
1000Kitap
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,4bin okunma
·
78 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.