·400 syf.··Beğendi
···Okunma: 17 Ağustos 2025 15:38 Kitab həqiqətən çox yaxşı və fərqli idi. İndiyə qədər 5-6 dənə qadın kişi münasibətinə aid kitablar oxumuşam amma bunun kimisini görməmişdim. Kitab həm qadınlara, həm də kişilərə aiddir. Bu kitabda siz, cütlüklərin tez-tez rast gəldiyi problemlərlə qarşılaşacaqsız, onların səbəblərini və həll yollarını öyrənəcəksiniz. Kitabı xüsusi edən odur ki, kişilərin qadınlara və qadınların kişilərə fərqli gələn anlaşılmaz vəziyyətlərini sadalayır və bunların nə üçün baş verdiyini izah edərək həll yolları təqdim edir. Bu kitabı həm evlilikdən əvvəl həm də sonra oxumaq məsləhətdir. Evlilikdən əvvəl oxunanda inciklik, kin olmadığına görə və ya çox az olduğuna görə taktikaları daha rahat qəbul etmək olur. Əsas odur ki, kitabı oxuduqca qeyd aparmaq və praktika etmək lazımdır (xüsusilə də evli olan cütlüklər).