Gönderi

10/10
·204 syf.··
2025 51. kitabı
·
34 saatte okudu
·
Okunma: 17 Ağustos 2025 19:31
Corc Oruellin “Heyvanıstan” əsəri sadəcə bir bədii mətn deyil,insan cəmiyyətinin dərin qatlarını üzə çıxaran güclü bir alleqoriyadır. Əsəri oxuduqca bir anlıq heyvanların nağılvari dünyasına düşürsən,amma səhifələri çevirdikcə anlayırsan ki,bu hekayə əslində bizim reallığımızın çox kəskin bir təsviridir. Kitabda heyvanların azadlıq və bərabərlik uğrunda mübarizəsi əvvəlcə ümidverici görünür.Onlar köhnə zülmü yıxaraq yeni bir cəmiyyət qurmaq istəyirlər.Lakin zaman keçdikcə ideal prinsiplər puç olur,bərabərlik şüarı yalnız kağız üzərində qalır,güc və hakimiyyət isə bir qrupun əlində cəmlənir.Əslində, bu proses Oruellin incə satirası ilə bütün siyasi rejimlərin aqibətini göstərir. Əsərin dili sadə olsa da,fikirləri dərin və təsirlidir.Hər bir heyvan bir insan tipini, bir təbəqəni və ya bir ideologiyanı simvolizə edir.Oruellin yaratdığı bu simvollar oxucunu düşündürür:biz öz həyatımızda hansı heyvanı xatırladırıq? Fikrimcə, “Heyvanıstan” hər kəsin mütləq oxumalı olduğu nadir əsərlərdən biridir. Onun sadəliyində gizlənən böyük həqiqətlər insanın yaddaşına əbədi həkk olunur.
Heyvan FermasıGeorge Orwell · Teas Press · 0296,2bin okunma
·
109 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.