Puan vermedi·184 syf.····Okunma: 14 Ağustos 2025 14:20 Din, eşq və humanizm fəlsəfəsi bu faciənin ruhunu yamsılayır. Hüseyn Cavid bu əsərində fanatizmi və din adından edilən ayrı- seçkiliyi kəskin tənqid etməklə dinin insanları ayırmaq üçün yox, birləşdirmək üçün mövcud olduğunu, həm Quranın, həm də İncilin insan sevgisi, mərhəmət və qardaşlıq əsasında qurulduğunu göstərir.
Şeyx Sənanın faciəsi gürcü qızı Xumara könlünü verməsi ilə başlayır. Sevgilisinə qovuşmaq üçün şərab içir, boynuna xaç taxır, donuz otarır.Ancaq Quranı yandırmasını istədikdə orada İsa və Məryəmin adının da yazıldığını əsas götürərək bu işi etməkdən boyun qaçırır. Bununla da eşq üçün dinindən, şeyx vəzifəsindən imtina etsə belə, müqəddəslik hissini hələ də daşıdığını sübut edir.
Yazıldığı dövrün cəmiyyətinə üsyan kimi səslənən “ Şeyx Sənan” dinlərarası tolerantlıq mövzusunun bu cür dərin təsvirini verən qiymətli bir əsərdir.