·200 syf.··Beğendi
···Okunma: 22 Haziran 2025 00:00 "Ölməyimə icazə verməyən Pilara” - deyə həyat yoldaşına həsr etdiyi bu kitab, Jose Saramagonun son dövr əsərlərindən biridir. Artıq öz səfərinin də başladığını hiss etməyidir bəlkə bu əsəri yazmağına səbəb...
Hekayə Portuqaliya kralının gələcəkdə imperatorluq taxtının sahibi olacaq olan Avstriya şahzadəsinə (Arxidek) hədiyyə olaraq göndərdiyi Süleyman adlı fil və onun tərbiyəçisi Subhro haqqında bir müdriklik hekayəsi - səyahətidir bu...
Subhro bu səyahət zamanı gözümüz önündə kasıb, müdrik bir insan, təvazökar bir səyyah - filosof olaraq canlanarkən, “Möhtəşəm” Süleyman sadəcə yaşamaq üçün zəruri olanları edən və bunun üçün var olan xarakter kimi, imperator isə səlahiyyət sahibi və əmr düşkünlüyü ilə təsvir olunur.
Saramago bu səyahətlə o qədər çox şeydən danışır ki; gözəl təsvir edilmiş tarixi atmosfer fonunda şahid olduğu coğrafiyadan, sosial və iqtisadi sistemdən, sinif fərqliliklərindən, dövrün diplomatik zərurətlərindən, kilsə tənqidindən, varlıq sorğularından...
Bu sadəcə bir yerdən başqa yerə edilən bir səyahət deyil; bəzən monoloqlarla ifadə olunan macəra, bəzənsə dialoqlardan ibarət bütöv bir söhbət - yol boyunca rast gəlinən insanların, qonaq olunan evlərin təsvirləri, fil tərbiyəçisi ilə komandanın dialoqları ilə böyük bir sərgüzəşt, səyahət boyunca qəhrəmanların yaşadıqları, öyrəndikləri özləri ilə, cəmiyyətlə, inancları ilə bağlı apardıqları sorğulardır.
Əsər haqqında qeyd edilməli nüanslardan biri də onun dilidir. Digər kitablarında olduğu kimi bu əsərdə də Saramagonun dil xüsusiyyətləri xüsusi diqqət çəkir. Belə ki əsərdə demək olar ki, durğu işarələrinə rast gəlinmir, cümlələrin başlanğıcı və sonu aydın olmur, böyük hərflərə isə nadir hallarda rast gəlinir. Yeni başlanılan zaman qeyd edilənlər oxucunu yorur, bəzi hissələri təkrar - təkrar oxumağa vadar edir. Lakin qısa müddət ərzində oxucu buna alışır və hekayənin axarı onu cəzb edir və bu ona təbii görünməyə başlayır.
Yazını isə yazarın əsərdə qeyd etdiyi ilk cümlə ilə sonlandırıram:
Həmişə bizi gözlədikləri yerə çatırıq...( Her zaman bizi bekledikleri yere varırız)
Son...
Kitabda da deyildiyi kimi:
"Fil, bir fildən çox daha artıqdır. Bilirsinizmi, mən doğulandan fillərlə birgə yaşayıram, amma onları anlamağı bacarmamışam. Niyə..? Bəlkə də ona görə ki, fil - sadəcə bir fil deyil, fildən qat - qat artıq bir varlıqdır"...