Gönderi

10/10
·351 syf.··
2025 42. kitabı
Varis Yolçiyevin ilk romanı olan “Sonuncu ölən ümidlərdir” 2008-ci ildə çap olunub və qısa zamanda oxucular arasında böyük maraq qazanıb. Əsərin qəhrəmanı Nailədir. Onun hekayəsi təkcə şəxsi taleyini deyil, həm də bütöv cəmiyyətin problemlərini əks etdirir. Həbsdən sonra varlanmaq və ona zərər verənlərdən intiqam almaq istəyilə həyatına davam edən Nailə, əslində qadınların yaşadığı dərin faciələrin simvoluna çevrilir. Roman sadə və axıcı dildə yazılıb, oxucunu hadisələrin içinə çəkir. Dram və macəra elementlərinin vəhdəti əsəri həm maraqlı, həm də təsirli edir. Məncə, bu əsərin ən güclü tərəfi ümid mövzusuna toxunmasıdır. Adı da simvolikdir: “Sonuncu ölən ümidlərdir”. İnsan həyatını yaşadan məhz ümiddir, amma o da sönəndə faciə başlayır. Varis oxucuya sadəcə bir hekayə danışmır, onu düşündürür və cəmiyyətin reallıqları ilə üzləşdirir. Sonuncu Ölən Ümidlərdir
1000Kitap
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,289 okunma
·
27 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.