Sənə baxıram, görmədiyim şəhərlər yadıma düşür.
Məsələn, Təbriz.
Gözlərinə baxıram, görmədiyim dənizlər ağlıma gəlir.
Məsələn, Qara dəniz.
Saçlarına baxıram, getmədiyim yolları düşünürəm.
Məsələn, məsələn, Həcc.
Dodaqlarını görürəm, içmədiyim suları istəyirəm.
Məsələn, Kövsər, Səlsəbil...
Sən yaşamadıqlarımsan elə bil...
Pünhan Azim