Abaddon
10/10
·384 syf.··
Beğendi
·
2025 9. kitabı
Rövşen Abdullaoğlu Rövşən Abdullaoğlunun aldığım ilk əsəri idi. Daha öncəkiləri oxusam da bu öz kitablarım olmayıb. Nə yaxşı ki də aldım! Kitab çox axıcı idi çox tez bitirdim. Bu əsəri digər oxuduqlarımdan daha çox sevdim. "Relslər üzərinə uzanmış adam"dan belə.. "Abaddon" psixoloji-detektiv janrında bir romandır. Əsər silsilə qatilin törətdiyi növbəti qətl hadisəsinin cinayət yerində araşdırılması ilə başlanır. Hadisələr İrlandiyanın Kork şəhərində baş verir. Silsilə qatil artıq neçənci dəfədir ki, oxşar xarici görünüşüə malik qadınları taparaq ağlasığmaz və amansız üsullarla öldürür. Qatilin kimliyini müəyyən etməkdə çətinlik çəkən şəhər polisləri paytaxt Dublindən Şon Onil adlı müstəntiqin bu işi çözmək üçün gəlməsinə səbəb olur. Yazıçı əsərində müxtəlif zaman və məkanlarda fərqli hadisələrə toxunaraq oxucunun fikrini yayındırır. Son səhifələrə kimi "qatil (ya da qatillər) axı kimdir?" sualı beynində dolanır. Eyni zamanda "görəsən bu hadisələrin bir-biri ilə və qətllə, qatilin kim olduğuyla nə əlaqəsi var?" sualı da.. Lakin sonda savadlı kriminal psixoloq Erin Parker və işində peşəkar müstəntiq Şon Onilin birgə səyi nəticəsində caninin kim olduğu müəyyən olunur. Amma bu qatil digər detektiv kitablarda olanlara bənzəmir... Əsərdə eyni zamanda Erinlə Onilin sevgi münasibətinə də azca yer verilib. Həmçinin Onilin daxili ədavəti də öz əksini tapır. Kitabda sevdiyim hissələrdən biri "Səmtslik effekti" idi, biri də dinin əslində elmə zidd olması anlayışının "düzəldilməsi" idi. Burda teoloq yazıçı yenə də öz zəkasını göstərib. PS: Kitabı 2 dəfə oxumuşam. İlkində Reyə yazığım gəlmişdi. İkinci dəfə oxuyanda isə əslində Reyin uşaqlıqdan satqın və zəif xarakterli olduğunu anladım. Amma sonluq belə olmamalıydı... 10/10.
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.