“Anna Karenina” bir məhəbbət romanı deyilsə, bəs nədir?
Mənim üçün Anna və Vronski sadəcə aşiq deyil, cəmiyyətə qarşı üsyan edən obrazlardır. Onların sevgisi, əslində, rus aristokrat dünyasına qarşı səssiz bir etirazdır.
Romanda Tolstoyun sevgiyə dörd fərqli prizmadan baxdığını gördüm:
Anna & Vronski – ehtiras və üsyan
Anna & Aleksey – vəzifə və hörmət
Kitti & Levin – səmimiyyət və inkişaf
Stephan & Darya – xəyanət və dözümlülük
Yəni Tolstoy sevginin hər rəngini,hər çalarini göstərir
Əsərdə mənə maraqlı olan obrazlar haqqında hisslərimi qısa cümlələrlə ifadə etməyə çalışacağam :
Serebryakov – rus cəmiyyətinə kənardan baxan biri kimi Avropa və Rusiya fərqini göstərən simvolik bir obrazdır.
Vronski – məqsədsiz, istəksiz və gah bu tərəfə, gah o tərəfə qaçan biri.
Anna – "Əzizim, sən sadəcə sevgi axtarırdın, amma Rusiya sənin üçün hazır deyildi…"
Levin – mənim favoritim! Həyatı, dini, sevgini, torpağı anlamağa çalışan ən dəyərli obraz.
Oblonski – əsərin hər səhifəsində səbrimi sınayan yeganə insan.
Spoilersiz danışmağa çalışdım, amma Tolstoy səni bir dəfə ovladısa, buraxmır.
Oxuyun. Hiss edin. Düşünün.