7/10
·103 syf.··
2025 32. kitabı
·
2 saatte okudu
·
Okunma: 23 Ağustos 2025 11:03
Əsəri bir cümlə ilə ifadə et deyilsəydi, elə əsərin özündən seçdiyim bu cümlə ilə ifadə edərdim: "Qəlbində məhəbbət deyi, dəbdəbə eşqi vardı". Recaizade Mahmud Ekrem' in Araba Sevdası əsərinin mövzusu zahiri gözəllik və dəbdəbə sevdasının, yalnış tərbiyənin nəticəsində bir gəncin həyat faciəsidir. Baş qəhraman Bihruz bəy kor təbii surətdə Avropa mədəniyyətinə aludə olan əsla mənasına bələd olmayan bir şəxsdir. O, xarici görünüşə, vəzifəyə, fransızca danışmağa və " araba ilə gəzib gözəllənməyə" hədsiz dərəcədə önəm verir. Əsər Bihruzun bir qadına aşiq olması ilə başlayır, doğrusu buna aşiq olmaq deyilə bilərmi əmin deyiləm. Bihruz qadının gözəlliyinə aşiq olarkən belə düşündüyü " görəsən vəzifə sahibi bir ailədəndirmi?" Deyə sual edir. Ancaq dostunun "o bir paşa qızıdır" dedikdən sonra onu özünə layiq hesab edib, aşiq olur. Müəllif bizə çatdırmaq istəyir ki, əsas olan zahiri dəbdəbə deyil, elm, mədəniyyətin mənəvi dəyərlərin və sağlam şəxsiyyətin formalaşmasıdır.
Araba SevdasıRecaizade Mahmut Ekrem · Dorlion Yayınevi · 202030,9bin okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.