·112 syf.····Okunma: 23 Ağustos 2025 14:04 "Sıfır nöqtəsində olmaq" nə deməkdir heç bilirsiz? Təəssüf ki, hal hazırda dünyanın harasındasa qadınlar sıfır nöqtəsindədir. Yəni, öz azadlıqlarının fərqində olmadan, ya da fərqində olduğu halda savaşa bilməyənlərdir..Bilmirəm, sanki bir qadının ən böyük günahı qadın olmaq imiş əsərdə.
Firdevs adlı qadının hekayəsindən bəhs edilir. Bəhs edilən hekayənin gerçəkliyi isə başqa bir sarsıntı yaradır insanda. Uşaqlıqdan ailəsindən sevgi görməyən, yaxınları tərəfindən t*cizə, istismara məruz qalan bir uşaq, böyüyür. Uşaqlıqda yaşadıqları hadisələrə görə "yox" deyə bilməyən qız, necə böyüdüyü zaman fərqində olsun özünün? :(
Cəmiyyət adlandırdığımız bu insanlar toplusu çox qəribədir. Əsərdə də cəmiyyətin Firdevsə nələr etdiyinin şahidi oluruq. Cəmiyyət dediyim, yəni kişilərin:)
Nawal El Saadawi qadının səsini boğan patriarxal dünyanı əsərində gözəl bir şəkildə ifşa edir və qadının azadlıq mübarizəsinin necə sərt, amma eyni zamanda ümidverici olduğunu göstərir. Kitabda qadının hekayəsi təkcə acıdan ibarət deyil, həm də dirənişdən və azadlıq arzusundan ibarətdir. Ümid edirəm, bütün qadınlar özlərinin, sərhdələrinin, azadlıqlarının fərqində olar və onlar üçün savaşmaya dəyməyəcək belə cəmiyyətdə yaşayarlar.