Puan vermedi·328 syf.····Okunma: 25 Ağustos 2025 20:16 "ғısıʟᴅıʏᴏʀʟᴀʀ, ɢüʟüʏᴏʀʟᴀʀ, ᴛısʟıʏᴏʀʟᴀʀ ᴠᴇ ᴀğʟıʏᴏʀʟᴀʀ. ɢɪᴛɢɪᴅᴇ ʏüᴋsᴇʟɪʏᴏʀ sᴇsʟᴇʀɪ, ɢɪᴛɢɪᴅᴇ"
Uzun zamandan sonra yenidən sevdiyim yazıçının kitabı ilə gəldim. Kitabın annotasiyasını oxuyanda məzmunu mənə çox maraqlı gəlsə də, digər kitabları qədər təsirli olmadı.
Ucsuz-bucaqsız dağ yolunda baş verən yol qəzasında Laura Schrader adlı hamilə qadın xilas edilir. Avtomobildə uşaq cəsədi aşkarlayan polisləri heyrətə gətirən başqa bir hadisə qəza yerinə yaxın qəsəbədəki sakinlərin yoxa çıxmasıdır. Bütün bu hadisələrdə yeganə şübhəli şəxs kimi Laura hədəf göstərilir. Araşdırma üçün Robert Winter adlı psixoloq da işə cəlb olunur. Robert Winter və polis heyəti Lauranın danışdıqlarından çətin tapmaca ilə qarşı-qarşıya qalırlar. Çünki Lauranın etirafları psixologiyası pozulmuş birinin fantaziyalarından heç də geri qalmır.
Romanın müxtəlif başlıqlarla verilmiş fəsillərində Lauranın hekayəsi ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların taleyi, onlara edilən onlarca haqsızlıqlar da təsvir olunur. Bu paralellik müəllifin məqsədini üzə çıxarmaqla bərabər, həm də əsərin finalını sürətləndirir. Buna baxmayaraq, roman açıq sonluqla yekunlaşır. Düşünürəm ki, o qədər hadisənin əks olunduğu 300-dən çox səhifəsi olan kitab üçün mövzu tam bağlanmayıb. Daha çox uşaqların daxili dünyasını kəşf etmək üçün yazılmış bir romandır, məncə. Yetkin insanların olmadığı bir dünyada müharibələr, faciələr və cinayətlər də yoxdur. Amma yaşadığımız dünya, müəllifin də qeyd etdiyi kimi, nağıllardakı kimi yox, gerçək həyatdakı dünyadır. Müəllifin verdiyi mesajlar anlaya bilənlər üçün çox təsirli və güclüdür.
Psixoloji triller janrını sevən oxuculara isə tövsiyəm odur ki, əgər bu yazıçı ilə yeni tanış olursunuzsa, "Travma" ilk kitab olaraq uğurlu seçim olmaz, amma oxumağa dəyər.
Hər kəsə xoş mütaliələr!