Oxuması olduqca maraqlı və sürükleyici bir əsərdir. Miladdan sonrasına aid tarixi hadisələr polisiye üslubda qələmə alınmışdır. Əvvəldə yazıçının sonluğu zəif bağlayacağından ehtiyat etsəm də, gözlədiyimin əksinə uğurlu şəkildə tamamlandı.
Süjet xətti xüsusilə maraqlıdır: arxeoloqların indiki İsrail ərazisində, Hz. İsa dövrünə aid olduğu iddia edilən bir parşömen kəşf etməsi ətrafında formalaşır. Bu sənədin məzmunu mövcud xristianlığın əsaslarını sarsıdacaq qədər şokedici hadisələrdən xəbər verir. Parşömenin tapılması isə sadəcə tarixi bir kəşf olaraq qalmır, eyni zamanda qorunmalı olan böyük sirrlərin üzə çıxmaması üçün silsilə cinayətlərin baş verməsinə gətirib çıxarır.
Əsərdə həm tarixi abu-hava, həm də gərilim elementləri ustalıqla birləşdirilib. Glenn Meadeİkinci Mesih əsəri dini sirlər, arxeologiya və gerilimi bir araya gətirən, həm tarixi roman, həm də triller janrında özünü doğruldan bir əsərdir. Tarixi mövzularla maraqlananlar üçün oxunaqlı, sürükleyici süjeti ilə yadda qalan bir kitab oldu.
Xoş mütaliələr …
İkinci MesihGlenn Meade · Turkuvaz Kitap · 2010439 okunma
·
27 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.